Azərbaycan və Gürcüstanın mərkəzi bankları anlaşdı
Gürcüstan Milli Bankının sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətinin Mərkəzi Banka səfəri baş tutub.
Banker.az xəbər verir ki, AMB sədri Taleh Kazımov Gürcüstan Milli Bankının nümayəndə heyətini qəbul edib. Görüşdə bir sıra istiqamətlərdə mərkəzi banklar arasında mövcud əməkdaşlıq əlaqələri çərçivəsində əldə olunan nəticələr ilə bağlı məmnunluq ifadə olunub, ödəniş sistemlərinin müasirləşdirilməsi, risk-əsaslı bank nəzarətin tətbiqi, monetar sferada islahatlar, maliyyə texnologiyalarının tətbiqi, maliyyə savadlılığının artırılması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Mərkəzi Bank ilə Gürcüstan Milli Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi pul siyasəti, maliyyə sabitliyi siyasəti, bank nəzarəti, ödəniş sistemləri, eləcə də maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsidir. Həmçinin memorandum çərçivəsində təcrübə və məlumat mübadiləsinin aparılması, təlim və birgə seminarların keçirilməsi, texniki məsləhətlərin verilməsi məqsədilə araşdırma və tədqiqat xarakterli səfərlərin təşkili də nəzərdə tutulub.
İmzalanmış memorandum hər iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın daha da möhkənlənməsinə xidmət edəcək, həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcəkdir.

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Start-up nədir?
Onlayn biznes növləri
CV hazırlayarkən buraxılan 5 səhv
5 liderlik göstəricisi
İnvestisiyanın necə cəlb etmək olar?