Azərbaycan və Macarıstanın bank sektorları əməkdaşlığa başlayır
Azərbaycan və Macarıstanın Banklar Assosiasiyaları arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin məlumatında bildirilir.
Məlumata görə, sənədi ABA-nın prezidenti Zakir Nuriyev və Macarıstan Banklar Assosiasiyasının Baş katibi Levente Kovács imzalayıb.
Memorandum çərçivəsində tərəflər arasında əməkdaşlığın təşviqi, birgə təhsil və təlim proqramları daxil olmaqla tədbirlərin təşkil edilməsi, hər iki təşkilatın üzvü olan banklar arasında infomasiya mübadiləsi, müxbir münasibətlərin inkişafı və qarşılıqlı razılıq çərçivəsində bank-maliyyə sektoru ilə əlaqədar digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda əməkdaşlıq məsələlərinə rəqəmsal ödənişlərdə fırıldaqçılıqla mübarizə, banklarda kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, müxtəlif xidmət haqqı tariflərinin optimallaşdırılması sahəsində təcrübə mübadiləsi, müvafiq dövlət proqramlarının icrasına dair məsələlərdə beynəlxalq təcrübənin öyrənilməsi daxildir.
ABA xeyli sayda xarici bank assosiasiyaları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurub, beynəlxalq və regional bank birlikləri ilə yaxından əməkdaşlıq edir. Bunlardan Avropa Bankçılıq Federasiyasını və Beynəlxalq Bank Şurasını qeyd etmək olar. Eyni zamanda, 2022-ci ildə isə ABA-nın və Türkiyə Banklar Birliyinin təşəbbüsü ilə "Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası" (Şura) yaradılıb.
ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür. / banker.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Yatırım olmadan necə biznes qurmaq olar?
Start-up nədir?
SMM nədir?
ZARA-nın uğur hekayəsi
5 liderlik göstəricisi