Azərbaycan xaricdən mal əti alışını kəskin artırıb

Azərbaycan xaricdən mal əti alışını kəskin artırıbAzərbaycana, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2023-cü ilin yanvar-noyabr aylarında bitki yağları idxalı 7 faiz, unlu qənnadı məmulatları – 11,3 faiz, şokolad və şokolad məhsulları – 13,7 faiz, mal əti – 85,3 faiz, təzə tərəvəz – 5,7 faiz, siqaretlər – 66,3 faiz, minik avtomobilləri – 32,8 faiz, dərman vasitələri – 0,9 faiz, polad prokatı – 42,6 faiz, qara metallardan borular – 73,3 faiz, hesablama maşınları, blok və qurğuları – 18,0 faiz, rezin şinlər – 18,6 faiz, yük avtomobilləri – 41,9 faiz, sintetik yuyucu vasitələr – 8,1 faiz, mebellər – 15,1 faiz, polietilen – 35,7 faiz, mineral gübrələr – 34,7 faiz, paltaryuyan maşınlar – 47,4 faiz, qara metallardan çubuqlar – 1,3 faiz, qara metallardan künclüklər – 28,9 faiz, polipropilen – 42,1 faiz, məişət soyuducuları – 59,6 faiz artmışdır.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, buğda idxalı isə 6,2 faiz, xam şəkər – 17,7 faiz, təzə meyvə – 2,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 11,0 faiz, çay – 5,2 faiz, kartof – 14,4 faiz, quş əti və onun əlavə məhsulları – 9,5 faiz, məişət kondisionerləri – 5,3 faiz, avtobuslar – 69,0 faiz, sement – 27,0 faiz azalmışdır.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,1 faizi Rusiya, 17,4 faizi Çin, 13,2 faizi Türkiyə, 5,3 faizi Almaniya, 5,2 faizi ABŞ, 4,2 faizi Türkmənistan, hər biri 2,7 faiz olmaqla İran və İtaliya, hər biri 2,5 faiz olmaqla Yaponiya və Koreya, 2,4 faizi Fransa, 2,0 faizi Birləşmiş Krallıq, 1,7 faizi Belarus, hər biri 1,3 faiz olmaqla Ukrayna, Qazaxıstan və Braziliya, 1,2 faizi Hindistan, 0,9 faizi Polşa, 0,8 faizi Vyetnam, 13,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2023-cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22,0 faiz, təzə tərəvəz – 4,2 faiz, meyvə və tərəvəz şirələri – 38,7 faiz, meyvə və tərəvəz konservləri – 23,0 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 13,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 40,3 faiz, polipropilen – 73,6 faiz, polietilen – 32,6 faiz, sement klinkerləri – 17,6 faiz, pambıq ipliyi – 35,6 faiz, bentonit gili – 2,6 faiz artmış, kartof ixracı isə 9,0 faiz, şəkər – 30,5 faiz, bitki yağları – 28,7 faiz, çay – 62,2 faiz, tütün – 63,4 faiz, pambıq lifi – 9,1 faiz, emal olunmamış alüminium – 19,6 faiz, mineral gübrələr – 9,6 faiz, qara metallardan çubuqlar – 18,6 faiz, qara metallardan borular – 15,1 faiz, qara metallardan yarımfabrikatlar – 57,9 faiz azalmışdır.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,1 faiz), Türkiyəyə (24,0 faiz), Gürcüstana (9,9 faiz), İsveçrəyə (5,1 faiz), Qazaxıstana (3,0 faiz), Türkmənistana (2,5 faiz), Ukraynaya (2,4 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (2,0 faiz), Qırğızıstana (1,7 faiz), Özbəkistana (1,3 faiz), Rumıniyaya (1,3 faiz), Latviyaya (1,3 faiz), İtaliyaya (1,2 faiz), Almaniyaya (1,0 faiz), Çinə (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
İxracın 45,0 faizini İtaliyaya, 16,2 faizini Türkiyəyə, 4,4 faizini İsrailə, 4,0 faizini Yunanıstana, 3,4 faizini Rusiyaya, 2,9 faizini Hindistana, 2,5 faizini Almaniyaya, 2,3 faizini İspaniyaya, hər biri 2,2 faiz olmaqla Gürcüstan və Çexiyaya, 1,8 faizini Rumıniyaya, 1,7 faizini Xorvatiyaya, hər biri 1,4 faiz olmaqla Birləşmiş Krallıq və Bolqarıstana, 1,2 faizini İrlandiyaya, 1,1 faizini Vyetnama, 0,8 faizini Portuqaliyaya, hər biri 0,5 faiz olmaqla İsveçrə, Avstriya və İndoneziyaya, 4,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 41 milyard 187 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 25 milyard 374,3 milyon dollarını və ya 61,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 15 milyard 812,7 milyon dollarını (38,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 9 milyard 561,6 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 
2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 19,7 faiz, real ifadədə 4,8 faiz azalmışdır.
 İdxal real ifadədə 5,1 faiz artmış, ixrac isə 8,2 faiz azalmışdır. 
2023-cü ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 10,5 faiz, real ifadədə 5,2 faiz artaraq 3 milyard 33,7 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 30,8 faizi İtaliya, 15,2 faizi Türkiyə, 8,4 faizi Rusiya, 6,0 faizi Çin, 3,5 faizi Almaniya, 3,0 faizi İsrail, 2,7 faizi Yunanıstan, 2,3 faizi Hindistan, 1,8 faizi ABŞ, hər biri 1,7 faiz olmaqla Gürcüstan və İspaniya, hər biri 1,6 faiz olmaqla Çexiya, Birləşmiş Krallıq və Türkmənistan, 1,3 faizi Rumıniya, hər biri 1,1 faiz olmaqla Xorvatiya və Fransa, hər biri 1,0 faiz olmaqla Vyetnam və Bolqarıstan, hər biri 0,9 faiz olmaqla İran və Yaponiya, 10,8 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür

Maliyyə     Tarix: 22 yanvar 2024

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler depozit faizleri birbank bitcoin pul qazanmaq