Azərbaycanda 10 mindən artıq tələbə borc aldı
Cari semestr üzrə bugünədək 10 127 təhsilalana kredit verilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, cari semestr üzrə bugünədək 3312 tələbə kredit almaq hüququ əldə edib. Onlardan 1168-i sosial, 1796-sı isə standart növ təhsil kreditidir. Bununla da ümumilikdə 10127 təhsilalana kredit verilib.
Qeyd edək ki, 2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.
Təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır. / marja.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İnstaqramda biznes qurmağın yolları
Ən bahalı otellər hansılardır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Biznes qurmaq üçün nə lazımdır?