Azərbaycanda 100% xarici kapitallı bankın vəziyyəti məlum oldu

Azərbaycanda 100% xarici kapitallı bankın vəziyyəti məlum oldu"AccessBank" QSC 2023-cü ilin ilk rübünü 5 milyon 460 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 803 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AccessBank"ın xalis mənfəəti 2023-ci ilin 1-ci rübündə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 6,8 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Marja.az xəvbər verir ki, "AccessBank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2023-cü ilin 1-ci rübündə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 14 milyon 444 min manat və ya 39,8% artaraq 46 milyon 931 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) isə 6 milyon 216 min manat və ya 20,6% artaraq 36 milyon 325 min manat təşkil edib. 2022-ci ilin ilk rübündə Bankın cəmi əməliyyat gəlirləri 32 milyon 487 min manat, cəmi əməliyyat xərcləri 30 milyon 109  min manat təşkil etmişdi.
"AccessBank"ın 2023-cü ilin ilk rübündə 10 milyon 606 min manat əməliyyat mənfəətindən 5 milyon 146 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. Bank 2022-ci ilin ilk rübündə 2 milyon 378 min manat əməliyyat mənfəətindən 1 milyon 575 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı. İlk rübdə Bankın əməliyyat mənfəəti 4,5 dəfə artıb. Əgər ehtiyata ayırma 3,3 dəfə artmasaydı, "AccessBank"ın xalis mənfəəti daha böyük məbləğdə olardı.
AKTİVLƏRİ 90 MİLYON MANATDAN ÇOX ARTIB
2022-ci ilin sonu ilə müqayisədə ilk rübdə "AccessBank"ın cəmi aktivləri 90 milyon 985 min manat artaraq 1 milyard 259 milyon 840 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 64 milyon 361 min manat artaraq 877 milyon 910 min manata çatıb. Ötən ilin sonunda Bankın cəmi aktivləri 1 milyard 168 milyon 855 min manat, o cümlədən kredit portfeli 813 milyon 549 min manat təşkil etmişdi. 
2022-ci ilin sonu ilə müqayisədə ilk rübdə "AccessBank"ın istehlak kreditləri portfeli 24 milyon 503 min manat artaraq 198 milyon 718 min manata, biznes kreditləri portfeli 39 milyon 999 min manat artaraq 674 milyon 16 min manata yüksəlib, ipoteka kreditləri portfeli isə 141 min manat azalaraq 5 milyon 176  min manata düşüb.
DEPOZİT PORTFELİ 1 MİLYARD MANATA YAXINLAŞIB
İlk rübdə "AccessBank"da depozitlər 88 milyon 710 min manat artaraq 948 milyon 764 min manata, o cümldən fiziki şəxslərin depozitləri 31 milyon 724 min manat artaraq 750 milyon 737 min manata, hüquqi şəxslərin depozitləri 56 milyon 986 min manat artaraq 198 milyon 27 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2023-cü il tarixində "AccessBank" 107 milyon 598 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 101 milyon 130 min manat məcmu kapitala malik idi. 
100% xarici kapitallı  "AccessBank"ın səhmdarları 11 xarici qurumdur.
Azərbaycanda 100% xarici kapitallı bankın vəziyyəti məlum olduAzərbaycanda 100% xarici kapitallı bankın vəziyyəti məlum olduAzərbaycanda 100% xarici kapitallı bankın vəziyyəti məlum oldu

Banklar     Tarix: 26 aprel 2023

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler dollar mezenne pul qazanmaq telefonla pul qazanmaq kicik biznes