Azərbaycanda 13 sahibkar dövlət zəmanətilə aldığı kreditin qaytarılmasını təmin etməyib

Azərbaycanda 13 sahibkar dövlət zəmanətilə aldığı kreditin qaytarılmasını təmin etməyibAzərbaycanda bəzi sahibkarlıq subyektləri dövlət zəmanəti ilə verilmiş kreditlər üzrə öz borc öhdəliklərini yerinə yetirmirlər. Nəticədə müvəkkil banklar qarşısında zamin qismində çıxış edən Maliyyə Nazirliyi həmin borcu qaytarmalı olur.
Bunu Nazirliyin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev bildirib.
"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində 2020-2021-ci illərdə müvəkkil kredit təşkilatları 2 628 sahibkara ümumilikdə 499,5 milyon manat kredit ayırıb ki, onun da 291,6 milyon manat hissəsi dövlət zəmanəti ilə təmin olunub.
Qeyd olunan dövrdə 13 sahibkarlıq subyekti 2 banka kreditlərin qaytarılmasını təmin etməyib. Nəticədə, şərtlərə uyğun olaraq dövlət zəmanəti çərçivəsində həmin banklara "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu"ndan 658,2 min manat vəsait ödənilib. Bu dövlət zəmanəti ilə təmin olunan ümumi kredit məbləğinin 0,23 %-ni təşkil edir", - deyə o qeyd edib.
Bundan başqa, nazirlik rəsmisi əlavə edib ki, dövlət zəmanəti ilə sahibkarlara yuxarıda qeyd olunan təşfiq sxemi çərçivəsində bankların ayırdığı kreditlərin 1 yanvar 2023-cü il tarixinə 280,4 milyon manatı və yaxud 56 %-i banklara kredit müqavilələrində nəzərdə tutulan vaxtda qaytarılıb.
Nazirlər Kabinetinin "Koronavirus (COVİD-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə" 9 iyul 2020-ci il tarixli qərarına əsasən, kredit təşkilatlarının sahibkarlara ayırdığı, ümumi məbləği 500 milyon manata qədər olan kreditlərin 60 %-nə (300 milyon manat) dövlət zəmanətinin verilməsi nəzərdə tutulub.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Report" / marja.az

Banklar     Tarix: 18 yanvar 2023

Oxşar xəbərlər

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri telefonla pul qazanmaq biznes xeberleri