"Azərbaycanda 20-dən çox müəssisə şərab istehsal edir, lakin 4-5 şirkət əsas ixracatçıdır"

Azərbaycanda 20-dən çox kiçik və böyük müəssisə şərab istehsal edir.
Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.
O qeyd edib ki, həmin şirkətlərdən 15-ə yaxını məhsulunu ixrac edir, lakin 4-5 şirkət əsas ixracatçıdır.
"Əsas məsələ şərab mədəniyyətinin inkişaf etdirilməsidir. Azərbaycanda şərabçılıq ənənəvi sahə olub. 40 il bundan əvvəl Azərbaycanda böyük sahələrdə üzüm bağları olub. Bu baxımdan Azərbaycan həm Gürcüstanı, həm də Moldovanı geridə qoyub. Lakin ermənilər bağlarımızı məhv ediblər. Düşünürəm ki, bunu bərpa edə bilərik. Bunun üçün ölkədə həm texniki, həm də maddi bazası var. Bu gün Azərbaycanda üzüm bağlarının sahəsi 17 min hektardır. 2022- ci ildə ölkədə 210 min ton üzüm yığılıb. Bu, həm süfrə, həm də texniki üzüm olub. Texniki üzümlərin əkin sahəsi 5 min hektardan çoxdur. Bu da 50 min tona yaxın məhsul götürməyə imkan verir", - deyə icraçı direktor əlavə edib.
Gələn il şərab ixracını stimullaşdırmaq üçün layihələr icra edəcək
2024-cü ildə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Azərbaycandan şərab ixracının stimullaşdırılması üçün bir neçə layihə icra etməyi planlaşdırır. Bunu Agentliyin icraçı direktoru Yusif Abdullayev bildirib.
"Xüsusilə əsas ixrac bazarlarında, satış şəbəkələrində Azərbaycan şərabının təşviq edilməsi ilə bağlı işlərin görülməsi nəzərdə tutulur. Bu işlər həm Rusiya, həm də digər ölkələrin bazarlarını əhatə edəcək. Azərbaycan şərabının digər Mərkəzi və Şərqi Asiya ölkələrinə ixracı üçün böyük potensial var. Çində pandemiyadan sonra məhdudiyyətlər davam edirdi, ancaq 2023-cü ilin əvvəlindən bütün məhdudiyyətlər aradan qaldırılıb. Ona görə də Çinə şərab ixracımız artır. Burda şərab evlərinin də rolu böyükdür", - deyə o qeyd edib.
Hazırda regionda ən böyük şərab ixracatçısı Gürcüstandır. Düşünürük ki, bir neçə il ərzində Gürcüstanın şərab ixrac etdiyi bazarlarda biz də ciddi rəqabət apara biləcəyik. Şərab turizmin inkişafı da çox önəmlidir. Dövlət Turizm Agentliyinin, İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun təşəbbüsləri nəticəsində işlər icra edilir. Bizim şərabımızın tanıdılması istiqamətində işlərin aparılması vacibdir", - deyə icraçı direktor əlavə edib.
© "Report"

Maliyyə     Tarix: 06 dekabr 2023

Oxşar xəbərlər

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is


iqtisadi xeberler leobank kart biznes xeberleri bitkoin almaq biznes qurmaq