Azərbaycanda bank səhmdarları Müşahidə Şurası ilə bağlı qərar verir
Bank "BTB" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, bu barədə İdarə Heyəti sədri vəzifəsini icra edən Eldəniz Hüseynovun səhmdarlara göndərdiyi bildirişdə qeyd edilir.
Yığıncağın gündəliyində Bank "BTB" ASC-nin Müşahidə Şurasının tərkibi ilə bağlı məsələnin müzakirəsi nəzərdə tutulur.
İclas 20 oktyabr 2025-ci il tarixində, saat 11:00-da bankın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 27 ünvanında yerləşən Baş ofisində baş tutacaq. Səhmdarlar gündəlikdəki məsələlərlə bağlı materiallarla Bankın Baş ofisində Təşkilati işlər departamenti vasitəsilə tanış ola bilərlər.
Hazırda Bank "BTB" ASC-nin Müşahidə Şurasının sədri Sadiq Rza, üzvləri Rövşən Fərhad-zadə və İkram Hümbətov, müstəqil üzvü isə Ramin Hüseynovdur.
Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71.45 milyon manatdır. Bankın səhmlərinin 76.73%-i Nigar Mehdiyevaya, 17.68%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5.58%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Swift nədir?
Elon Musk kimdir?
Dünyanın ən varlı 10 müğənnisi