Azərbaycanda ən aşağı faizlə pul krediti verən banklar – Siyahı (mart)
Banker.az olaraq banklarda 2025-ci ilin mart ayı üzrə nağd pul kreditinin şərtlərini araşdırıb.
Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib.
Hansı bankın daha sərfəli şərtlərlə nağd pul krediti təklif etdiyini isə cədvəldən tanış ola bilərsiniz.
*ABB – Kampaniya çərçivəsində müştərilər ABB-dən kredit alarkən illik faiz dərəcəsində 7%-dək güzəşt qazanacaqlar. Belə ki, digər banklardakı aktiv krediti bağlayaraq ABB-dən kredit əldə edən müştərilər faiz dərəcəsində 5%-dək güzəşt əldə edə bilərlər. ABB-dən istehlak kreditləri üzrə ilk dəfə nağd kredit əldə edən və ya ABB-də son 90 gün ərzində istehlak kreditləri üzrə aktiv nağd krediti olmayan müştərilərə mövcud illik faiz dərəcələrinə 2% əlavə güzəşt ediləcək. Beləliklə, rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan müştərilər bu fürsətdən yararlanaraq 7%-dək güzəşt əldə etmək imkanına sahib olacaqlar. Kampaniya 31 mart 2025-ci il tarixinə qədər davam edəcək.
*Expressbank – 20 000 AZN-dən artıq kredit əldə edən müştərilərə içində həmin kredit vəsaiti olan Expresso Platinum kredit kartı hədiyyə oluna bilər. Kampaniya şərtləri peşə sahibləri üçün təqdim edilən xüsusi kampaniyalara şamil edilmir.
*Xalqbank – Kampaniya şərtlərinə əsasən müştərilər 31 martadək istehlak kreditini müddətdən asılı olmayaraq illik 15%-lə əldə edə bilərlər.

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Start-up nədir?
Onlayn biznes növləri
CV hazırlayarkən buraxılan 5 səhv
5 liderlik göstəricisi
İnvestisiyanın necə cəlb etmək olar?