Azərbaycanda iki ölkəyə "Yaşıl Kart" üzrə ödəniş və sığorta haqqları müəyyən edilib
"Yaşıl Kart" Sistemi çərçivəsində birdəfəlik ödəniş məbləği və sığorta haqqları müəyyən edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti qərar verib.
Məlumata görə, "Yaşıl Kart" Sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödənilən birdəfəlik pul vəsaitinin məbləği 10 min manat müəyyən edilib.
Qərara görə, "Yaşıl Kart" müqavilələri üzrə Türkiyə və İrana gedən Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələri üzrə sığorta haqları 12-440 manat, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən avtonəqliyyat vasitələri üzrə sığorta haqları 10-400 manat, digər ölkələrə gedən nəqliyyat vasitələri üzrə sığorta haqları 30-1200 manat müəyən edilib.
Həmçinin, "Yaşıl Kart" üzrə sığorta haqqı Türkiyə, İran, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələri üzrə 15-1 630 manat, digər ölkələrə gedən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələri üzrə 30 - 2 389 manat hesablanıb.
Qərar gələn il yanvarın 1-dən qüvvəyə minəcək.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA / marja.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
McDonalds haqqında maraqlı faktlar
Necə Bitcoin almaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İban nədir?
Biznes nədir?