Azərbaycanda kredit və depozit faizləri üzrə rəqabət artacaq
Azərbaycanda kredit və depozit faizləri üzrə banklar arasında rəqabətin artacağı proqnozlaşdırılır.
Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.
Onun sözlərinə görə, 2026-cı ildə bank sektoru üçün əsas gözləntilərdən biri banklar arasında rəqabətin daha da güclənməsi olacaq.
Z. Nuriyev qeyd edib ki, xüsusilə kredit və depozit faizləri üzrə banklar arasında rəqabətin artacağı proqnozlaşdırılır.
ABA rəhbərinin sözlərinə görə, bu isə nəticə etibarilə müştərilər üçün daha əlverişli şərtlərin formalaşmasına, daha münasib kredit imkanlarının və daha cəlbedici depozit məhsullarının təqdim olunmasına gətirib çıxaracaq.
O bildirib ki, bu baxımdan cari il həm fərdi müştərilər, həm də biznes subyektləri üçün bank xidmətlərindən daha effektiv faydalanmaq baxımından əlverişli dövr olacaq.
Z. Nuriyev əlavə edib ki, 2026-cı ildə bank sektorunda rəqəmsallaşma və avtomatlaşdırma proseslərinin daha da sürətlənməsi gözlənilir. Onun sözlərinə görə, bankların mobil tətbiqlərində və rəqəmsal platformalarında yeni funksionallıqların tətbiqi müştəri təcrübəsinin daha da yaxşılaşmasına xidmət edəcək.
ABA rəhbəri qeyd edib ki, eyni zamanda yeni tənzimləyici mexanizmlərin və prudensial yanaşmaların tətbiqi bank sektorunun uzunmüddətli sabit inkişafını təmin etməyə yönələcək. / banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
IMEI kod nədir?
Bitcoin nədir?
İnstaqramda biznes qurmağın yolları
Onlayn biznes ideyaları
Cash Back nədir?