Azərbaycanda Mudaraba və Murabaha məhsulları sınaqdan keçiriləcək
Mərkəzi Bank tərəfindən xüsusi tənzimləmə rejimi çərçivəsində fəaliyyətin təşkili və idarə olunması üzrə proseslər davam etdirilir. Xüsusi tənzimləmə rejimin ikinci qəbul dövrü üzrə innovativ məhsulların sınaqdan keçirilməsi məqsədilə daxil olmuş 14 müraciətin qiymətləndirilməsi prosesi başa çatdırılıb.
Qiymətləndirmə nəticəsində müraciətlər arasından 4 innovativ məhsul seçilərək xüsusi tənzimləmə rejimində, məhdud şərtlərlə sınaqdan keçirilmək üçün uyğun hesab edilib.
Xüsusi tənzimləmə rejimində sınaqdan keçiriləcək məhsullar aşağıdakılardır:
"ABB" ASC tərəfindən təqdim edilən "İslam bankçılığı" çərçivəsində Murabaha məhsulu
"Rabitəbank" ASC tərəfindən təqdim edilən "İslam bankçılığı" çərçivəsində Mudaraba və Murabaha məhsulu
"PAŞA Sığorta" ASC tərəfindən təqdim edilən "Könüllü sığorta məhsullarının hədiyyə vauçerləri vasitəsilə əldə olunması" məhsulu
"BİTAZN" MMC tərəfindən təqdim edilən "BİTAZN kriptovalyuta birjası" məhsulu
Qeyd olunan məhsulların məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, xüsusi tənzimləmə rejimi innovativ xidmət və məhsulların bazara təqdim edilməsinə, ölkəmizdə maliyyə inklüzivliyinin artırılmasına, həmçinin maliyyə xidmətlərinin istifadəçilər üçün təhlükəsizliyinin və əlçatanlığının daha da yüksəldilməsinə xidmət edir.
Xüsusi tənzimləmə rejimi, eləcə də sınaqdan keçiriləcək məhsullar barədə daha ətraflı məlumatla bu link vasitəsilə tanış ola bilərsiniz:
/ marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
SMM nə deməkdir?
ZARA-nın uğur hekayəsi
Bitcoin necə işləyir?
Dünyanın ən zəngin idmançıları
Whatsapp biznesin üstünlükləri nələrdir?