Azərbaycanda nağdsız ödənişlərin həcmi 61% artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi 61% artıbAzərbaycanda nağdsız ödənişlərin aparılmasında banklar tərəfindən emissiya olunan ödəniş kartları əsas ödəniş aləti kimi istifadə olunub.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik Rəqəmsal Ödənişlər İcmalında bildirilir.
Bununla yanaşı, elektron pul təşkilatlarının emissiya etdiyi kart əsaslı olmayan elektron pullardan və QR kod ödənişlərdən istifadə tendensiyası formalaşmışdır. 01.01.2025-ci il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 19.9 mln. ədəd təşkil etmiş, virtual kartlar istisna olmaqla ödəniş kartlarının 80%-i təmassız ödənişləri dəstəklənib.
2023-cü il ilə müqayisədə ödəniş kartlarının sayı 17.6%, o cümlədən 1 "Azərpoçt" MMC-nin xidmət şəbəkəsi nəzərə alınmaqla təmassız kartların sayı 23.5% artmışdır. Emissiya edilən ödəniş kartlarının 89%-ni (17.6 mln. ədəd) debet kartlar, 11%-ni (2.3 mln. ədəd) isə kredit kartları təşkil etmişdir. Eyni zamanda virtual kartların sayı 22.8% artaraq 1.9 mln. ədədə çatmışdır.
Ölkədə "Apple Pay" və "Google Pay" ilə ödənişlər ikiqat artıb
Dövriyyədə olan ödəniş kartlarının 9%-ni məhz virtual kartlar təşkil etmişdir. 2024-cü il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2023- cü il ilə müqayisədə 39% artaraq 122.9 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 61% artaraq 78.9 mlrd. manat olmuşdur.
Ölkədə ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşmüşdür. 2024-cü il ərzində elektron ticarət əməliyyatlarının sayı 2023-cü il ilə müqayisədə 83% artaraq 1,003.4 mln. ədəd,  həcmi isə 70% artaraq 66.5 mlrd. manat olmuşdur. Təsərrüfat subyektlərində 2024-cü il ərzində POS-terminallar vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2023-cü il ilə müqayisədə 49.3% artaraq 621.9 mln. ədəd, həcmi isə 25.4% artaraq 12.3 mlrd. manat olmuşdur. O cümlədən, 2024-cü il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2023-cü il ilə müqayisədə 49.6% artaraq 599.8 mln. ədəd, həcmi isə 29.1% artaraq 11.5 mlrd. manat olmuşdur. Aparılan təhlillər nəticəsində məlum olmuşdur ki, təsərrüfat subyektlərində quraşdırılan POS-terminalların sayının 1% artması, token əməliyyatlarının həcminin 3.9% artmasına təsir göstərir.

Banklar     Tarix: 10 mart 2025

Oxşar xəbərlər

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler bitkoin avtomobil xeberleri biznes xeberleri depozit faizleri