Azərbaycanda rəqəmsallaşma əhalinin borclanmasını daha da sürətləndirib
Azərbaycanda ümumi istehlak kreditlərinə, xüsusilə də kredit kartlarına olan tələbin artdığı müşahidə olunur.
Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankınən Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair apardığı sorğunun nəticələrinə əsasən, bu artımın əsas səbəbi rəqəmsallaşmanın geniş yayılmasıdır.
Banklar yaxın dövr üçün istehlak kreditlərinə və kredit kartlarına tələbdə ciddi dəyişiklik gözləməsələr də, istehlak kreditləri üzrə portfelin keyfiyyəti, kapital mövqeyi və əhalinin ödəmə qabiliyyəti kredit standartlarının sərtləşməsinə səbəb olub. Buna baxmayaraq, bankların istehlak kreditləri üzrə artım dinamikasının növbəti rübdə də davam edəcəyi proqnozlaşdırılır.
Sorğunun 2024-cü ilin dördüncü rübü üzrə nəticələrinə əsasən, bankların 85%-i əhalinin borclanma səviyyəsində ciddi dəyişiklik olmadığını bildirərkən, 15%-i müəyyən artımın müşahidə olunduğunu qeyd edib. Nəticədə, borclanma səviyyəsini əks etdirən diffuziya indeksi 11%-ə bərabər olub ki, bu da kredit götürənlərin sayının artmaqda davam etdiyini göstərir.
Mərkəzi Bankın yanvar ayına olan göstəricilərinə görə, Azərbaycanda istehlak kreditlərinin ümumi həcmi 8 milyard 551.7 milyon manat təşkil edir. İpoteka kreditlərinin həcmi isə 4 milyard 253.1 milyon manata çatıb. Bu illik müvafiq olaraq 22% və 17% artım deməkdir.



"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Start-up nədir?
Onlayn biznes növləri
CV hazırlayarkən buraxılan 5 səhv
5 liderlik göstəricisi
İnvestisiyanın necə cəlb etmək olar?