Azərbaycandakı Türkiyə kapitallı bankın böyüklüyü 600 milyon manat səviyyəsini aşıb

Azərbaycandakı Türkiyə kapitallı bankın böyüklüyü 600 milyon manat səviyyəsini aşıb"Zirat Bank Azərbaycan" ASC 2023-cü ilin 1-ci rübünü 3 milyon 335 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin 1-ci rübünü 2 milyon 50 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə "Zirat Bank Azərbaycan"ın xalis mənfəəti 1 milyon 285 min manat və ya 62,6% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, "Zirat Bank Azərbaycan" cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2023-cü ilin 1-ci rübündə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 3 milyon 301 min manat və ya 32,3% artaraq 13 milyon 529 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) isə 1 milyon 923 min manat və ya  37,3% artaraq 7 milyon 72 min manat təşkil edib. 2022-ci ilin ilk rübündə Bankın cəmi əməliyyat gəlirləri 10 milyon 228 min manat, cəmi əməliyyat xərcləri 5 milyon 149 min manat təşkil etmişdi.
AKTİVLƏRİ 600 MİLYON MANAT SƏVİYYƏSİNİ KEÇİB
31 mart 2023-cü il tarixində "Zirat Bank Azərbaycan" ASC 617 milyon 408 min manat cəmi aktivlərə, o cümlədən 326 milyon 484 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Ötən ilin sonunda Bank 528 milyon 899 min manat cəmi aktivlərə, o cümldən 317 milyon 579 min manat kredit portfelinə malik idi. Cari ilin ilk rübündə "Zirat Bank Azərbaycan"ın cəmi aktivləri 88 milyon 509 min manat, o cümlədən kredit portfeli 8 milyon 905 min manat artıb.
Cari ilin ilk rübündə "Zirat Bank Azərbaycan"da depozitlər 74 milyon 109 min manat və ya 23,3% artaraq 391 milyon 915 min manata yüksəlib.
31 Mart 2023-cü il tarixində Zirat Bank Azərbaycan" ASC 106 milyon 695 min maant məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 96 milyon 644 min manat məcmu kapitala malik idi.
"Ziraat Bank Azərbaycan" ASC Türkiyənin dövlət bankı "Ziraat Bankası"nın Azərbaycandakı törəməsidir.
Azərbaycandakı Türkiyə kapitallı bankın böyüklüyü 600 milyon manat səviyyəsini aşıbAzərbaycandakı Türkiyə kapitallı bankın böyüklüyü 600 milyon manat səviyyəsini aşıbAzərbaycandakı Türkiyə kapitallı bankın böyüklüyü 600 milyon manat səviyyəsini aşıbAzərbaycandakı Türkiyə kapitallı bankın böyüklüyü 600 milyon manat səviyyəsini aşıb

Banklar     Tarix: 26 aprel 2023

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler biznes xeberleri biznes qurmaq pul qazanmaq dollar mezenne