Azərbaycandan qeyri neft-qaz məhsullarının ixrac azalıb

Azərbaycandan qeyri neft-qaz məhsullarının ixrac azalıb2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 168 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 109 ölkəyə məhsul ixrac olunmuş, 157 ölkədən idxal olunmuşdur. 
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 22 milyard 169,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 13 milyard 302 milyon dollarını və ya 60 faizini ölkədən ixrac olunmuş məhsulların, 8 milyard 867,2 milyon dollarını (40 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 4 milyard 434,8 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,3 faiz, real ifadədə 6,0 faiz, o cümlədən idxal 6,7 faiz, ixrac isə 5,7 faiz azalmışdır.
2024-cü ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 10,0 faiz, real ifadədə 19,1 faiz azalaraq 1 milyard 596,1 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 22,6 faizi İtaliya, 14,3 faizi Türkiyə, 10,0 faizi Rusiya, 7,5 faizi Çin, 4,6 faizi İsrail, 3,2 faizi Almaniya, 3,1 faizi Hindistan, 2,7 faizi Avstraliya, 2,4 faizi Çexiya, hər biri 1,7 faiz olmaqla Xorvatiya, ABŞ və Yunanıstan, 1,5 faizi Gürcüstan, 1,4 faizi Bolqarıstan, hər biri 1,3 faiz olmaqla Birləşmiş Krallıq və İran, 1,2 faizi Tailand, hər biri 1,1 faiz olmaqla Ukrayna, Rumıniya, Türkmənistan və Portuqaliya, hər biri 0,9 faiz olmaqla Belarus və Koreya, 11,6 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür
İxracın 36,4 faizini İtaliyaya, 15,5 faizini Türkiyəyə, 7,7 faizini İsrailə, 4,4 faizini Hindistana, 4,3 faizini Rusiyaya, 3,8 faizini Çexiyaya, 2,9 faizini Xorvatiyaya, 2,6 faizini Yunanıstana, 2,5 faizini Almaniyaya, hər biri 2,1 faiz olmaqla Bolqarıstan və Gürcüstana, hər biri 1,8 faiz olmaqla Tailand və Rumıniyaya, 1,7 faizini Portuqaliyaya, hər biri 1,3 faiz olmaqla Birləşmiş Krallıq və Tunisə, hər biri 0,8 faiz olmaqla Ukrayna və ABŞ-a, hər biri 0,5 faiz olmaqla Niderland, İndoneziya, Oman, Polşa, Fransa və İsveçrəyə, 3,2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,9 faiz), Türkiyəyə (19,2 faiz), Gürcüstana (7,1 faiz), ABŞ-a (6,2 faiz), Omana (4,1 faiz), İsveçrəyə (3,9 faiz), Ukraynaya (3,2 faiz), Türkmənistana (3,0 faiz), Qazaxıstana (1,6 faiz), Almaniyaya (1,5 faiz), Qırğızıstana (1,4 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,3 faiz), Belarusa (1,3 faiz), İtaliyaya (1,0 faiz), Belçikaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Çin, 18,2 faizi Rusiya, 12,4 faizi Türkiyə, 6,7 faizi Avstraliya, 4,3 faizi Almaniya, 3,2 faizi İran, 3,1 faizi ABŞ, 2,4 faizi İtaliya, 2,3 faizi Koreya, 2,1 faizi Türkmənistan, 2,0 faizi Belarus, hər biri 1,8 faiz olmaqla Yaponiya və Kanada, 1,6 faizi Ukrayna, 1,4 faizi Birləşmiş Krallıq, 1,3 faizi Fransa, 1,2 faizi Hindistan, 1,0 faizi Qazaxıstan, 0,9 faizi Özbəkistan, hər biri 0,8 faiz olmaqla Braziliya, İspaniya və Polşa, 11,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2024-cü ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 0,7 faiz, tütün – 3,4 dəfə, meyvə və tərəvəz şirələri – 7,6 faiz, meyvə və tərəvəz konservləri – 14,7 faiz, bitki yağları – 4,3 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,4 dəfə, çay – 3,0 faiz, pambıq lifi – 2,1 dəfə, mineral gübrələr – 2,4 dəfə, bentonit gili – 7,9 faiz artmış, təzə tərəvəz ixracı isə 2,9 faiz, kartof – 32,0 faiz, şəkər – 12,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 33,1 faiz, polipropilen – 28,4 faiz, polietilen – 24,0 faiz, elektrik enerjisi – 67,3 faiz, emal olunmamış alüminium – 25,2 faiz, sement klinkerləri – 8,9 faiz, qara metallardan çubuqlar – 6,0 faiz, pambıq ipliyi – 25,3 faiz, qara metallardan borular – 39,5 faiz azalmışdır. 
2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2024-cü ilin yanvar-iyun aylarında təzə meyvə idxalı 34,6 faiz, bitki yağları – 25,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 58,9 faiz, şokolad və şokolad məhsulları – 21,9 faiz, unlu qənnadı məmulatları – 15,2 faiz, çay – 6,8 faiz, quş əti və onun əlavə məhsulları – 16,8 faiz, mal əti – 85,9 faiz, təzə tərəvəz – 69,8 faiz, qara metallardan borular – 52,1 faiz, hesablama maşınları, blok və qurğuları – 29,4 faiz, yük avtomobilləri – 26,6 faiz, məişət kondisionerləri – 43,3 faiz, sintetik yuyucu vasitələr – 2,0 faiz, mebellər – 63,8 faiz, qara metallardan çubuqlar – 39,9 faiz, mineral gübrələr – 73,2 faiz, paltaryuyan maşınlar – 2,6 faiz, polipropilen – 34,0 faiz, qara metallardan künclüklər – 2,0 faiz, avtobuslar – 33,8 faiz artmış, buğda idxalı isə 21,7 faiz, xam şəkər – 12,3 faiz, kartof – 4,5 faiz, siqaretlər – 68,5 faiz, minik avtomobilləri – 15,4 faiz, dərman vasitələri – 29,8 faiz, polad prokatı – 9,6 faiz, rezin şinlər – 19,7 faiz, polietilen – 13,8 faiz, məişət soyuducuları – 2,8 faiz, sement – 7,3 faiz azalmışdır. / marja.az

Maliyyə     Tarix: 13 avqust 2024

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb


iqtisadi xeberler depozit faizleri telefonla pul qazanmaq online pul qazanmaq investisiya