Azərbaycanın bank sektoru böyüyür - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

Azərbaycanın bank sektoru böyüyür - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDIAzərbaycan Mərkəzi Bank 30 noyabr 2022-ci il tarixinə bank sektorunun əsas göstəricilərini açıqlayıb.
Marja.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, fəaliyyətdə olan bankların cəmi aktivləri 45 milyard 490.2 milyon manat, cəmi öhdəlikləri 39 milyard 970.3 milyon manat, balans kapitalı 5 milyard 519.9 milyon manat olmuşdur. 
2022-ci ilin noyabr ayında bankların cəmi aktivləri və öhdəlikləri müvafiq olaraq 1.9% artmışdır. İlin əvvəlindən isə bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı üzrə artım müvafiq olaraq 18.3%, 19.3% və 11.1% olmuşdur. 
Bankların kredit portfeli noyabr ayında 1% (203.4 milyon manat) artaraq 19 milyard 674.2 milyon manat olmuşdur. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 55.8% (10 milyard 975.8 milyon manat) təşkil etmişdir. Ümumilikdə, cari ilin 11 ayında bankların kredit portfeli 18.1% və ya 3 milyard 15.1 milyon manat artmışdır. 
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3.2% təşkil etmişdir. Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 1 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 1.5 faiz bəndi azalmışdır.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 82.2%-i və ya 32 milyard 860.9 milyon manat). Depozit portfeli noyabr ayında 2.1% (668.8 miylon manat) artmışdır. Depozit portfelinin 65.5%-ni hüquqi şəxslərin depozitləri, 34.5%-ni fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir. 
Hesabat ayında bankların əmanət portfeli 0.7% (83.3 milyon manat) artaraq 11 milyard 339.9 miylon manat təşkil etmişdir. Əmanət portfelinin 53.4%-i (6 milyard 58 milyon manat) müddətli əmanətlərdən ibarətdir.
Hüquqi şəxslərin tələbli depozitləri 19 milyard 51.1 milyon manat olmaqla (ay ərzində artım 3.1% və ya 565.7 milyon manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (21 milyard 521 milyon manat) 88.5%-ni təşkil etmişdir (ilin əvvəli ilə müqayisədə bu nisbət dəyişməmişdir). 
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması noyabr ayında ilin əvvəlinə nəzərən 2.1 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 3 faiz bəndi azalaraq 38.9% təşkil etmişdir. 
2022-ci ilin 11 ayında banklar 859.4 milyon manat xalis mənfəət, 1 milyard 239.3 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 196.6 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 39.9% və 40.2% artmışdır.
30 noyabr 2022-ci il tarixinə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 484, şöbələrinin sayı 94, ATM-lərin sayı 2975 olmuşdur. 
Hesabat ayında bank sektorunda çalışanların sayı 1.1% və ya 249 nəfər artaraq 22551 nəfər təşkil etmişdir. 

Banklar     Tarix: 23 dekabr 2022

Oxşar xəbərlər

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı


iqtisadi xeberler biznes xeberleri dollar mezenne dollarin kursu bu gun birbank