Azərbaycanın bank sektoruna "qara qu quşları var" xəbərdarlığı

Azərbaycanın bank sektoruna AccessBank-ın Müşahidə Şurasının üzvü Dariuş Kasprşik ilə müsahibə.
- Cənab Kasprşik, sizcə, son illər baş verən hadisələr Azərbaycanın bank sektoruna necə təsir edib? Ümumiyyətlə, banklar fəaliyyətlərində daha çox nəyə diqqət etməlidirlər ? 
- Hazırda bank ekosistemi kifayət qədər mürəkkəbdir və bazar banklar qarşısında iddialı məqsədlər qoyur. Banklara təsir edən amillər çoxdur, o cümlədən geosiyasi təlatümlər, qiymət dəyişiklikləri,  resurs qıtlığı... Bundan əlavə, həm tənzimləyicilər, həm də müştərilər tərəfindən ESG standartlarının – ətraf mühit, sosial və korporativ idarəetmənin qəbulu və tətbiqi üçün təzyiq artır. Bank sektorunda 30 illik təcrübəmə əsaslanaraq aşağıdakıları qeyd edərdim:
• "Qara qu quşu" nəzəriyyəsi çətin proqnozlaşdırılan və nadir hallarda baş verən, amma mühüm təsirə malik hadisələri ehtiva edir.  Azərbaycanın bank sektoru nəzərə almalıdır ki, qlobal səviyyədə "qara qu quşları" var. Məsələn, son illər baş verən pandemiya və hərbi konfliktlər. Belə xoşagəlməz hadisələrin təkrarlanmayacağına əminlik yoxdur. Ona görə də bankirlər hər zaman hazır olmalıdırlar. 
• Mövcud rəqəmsallaşma və qloballaşma böyük imkanlar yaradır. Lakin eyni zamanda həm də texnologiyayaya, kibertəhlükəsizlik tədbirlərinə investisiya tələb edir. Müsbət cəhət odur ki, bu investisiyalar banklarda  bir çox proseslərin avtomatlaşdırılmasını asanlaşdıracaq və müştərilərin özünəxidmət imkanlarını genişləndirəcək. Bu, son nəticədə gündəlik bankçılığı daha az xərcli edəcək. 
• Dəyişən mühitə, innovasiyalara, texnologiyalara, yeni bank modelləri və məhsullarına baxmayaraq, əsas aspekt dəyişməz olaraq qalır: maliyyə fəaliyyətində ən dəyərli şey etibardır - qurulmalı və məhv edilməsinə icazə verilməyən dəyər.
- Sizcə, AccessBank son illərin bazar təlatümününün öhdəsindən yaxşı gəlib? Əgər belədirsə, əsas səbəb nədir?
- Üç ildən artıqdır ki, AccessBank-ın Müşahidə Şurasının üzvüyəm. Bu müddət ərzində, belə çətin şəraitdə irəliləyiş əldə edən komandaya heyranlıqla baxıram. Həmkarlarımın həvəs və istəklərini yüksək qiymətləndirirəm. AccessBank-ın davamlı inkişafını təmin etmək üçün reallaşdırılan və planlaşdırılan dəyişikliklər görürəm. Əminəm ki, çətin dövrü uğurla keçə bilmişik və yeni mərhələ üçün möhkəm zəminimiz var. AccessBank-ın 20 illik yubileyi bir tərəfdən zəruri restrukturizasiyanın başa çatması, digər tərəfdən isə yeni dövrün başlanğıcı kimi əla fürsətdir. Şəxsən mən bu transformasiyanın şahidi və iştirakçısı olduğum üçün xoşbəxtəm. Artıq əldə edilənlər və yaxın gələcək üçün planlaşdırılanlar AccessBank-ın gələcəyinə inam yaradır.
-Yaxın beş ildə AccessBank-dan nə gözləyirsiniz?
-Hesab edirəm ki, AccessBank son vaxtlar çox böyük irəliləyiş əldə edib və inamla inkişaf yolundadır. Bu, gələcək inkişaf üçün fundamental nailiyyətdir.
Bank daim dəyişən mühitə uyğunlaşmalıdır. Bu, ilk növbədə komanda üzvlərinin peşəkar hazırlığına, fədakarlığına və ortaq məsuliyyətinə aiddir. Komplayns, risklərin idarə edilməsi məsələləri və s. ilə bağlı prudensial qaydalar yenilənməlidir. Uyğunlaşmadan danışmışkən, gələcək rəqəmsallaşma, əməliyyat dəqiqliyi, məhsul inkişafı üçün texnologiyaya da investisiya edilməlidir. 
Zənnimcə, AccessBank pərakəndə satış sektorunda yeni müştərilər cəlb etmək üçün məhsullarının innovativ  olması baxımından daha aktiv olmalıdır. Çünki müştəri portfelinin, həmçinin risklərin şaxələndirilməsi çox vacibdir. Eyni zamanda, mikro sahibkarları, o cümlədən kənd təsərrüfatında işləyənləri unutmaq olmaz. Növbəti illərdə bankın davamlı inkişafını təmin etmək üçün müxtəlif sektorlardan olan müştərilərlə işdə tarazlığı qorumaq çox vacibdir.
İnanıram ki, son illərdə əldə edilmiş nəticələr, həvəsli komanda və lazımi investisiyalarla AccessBank çevik və uğurlu innovator olaraq qalacaq və bazar liderlərindən biri kimi mövqeyini möhkəmləndirəcək. Öz növbəmdə AccessBank komandası ilə işləməyə və onların bütün səylərini dəstəkləməyə davam edəcəyəm. Necə deyərlər - hamımıza uğurlar! 
- Müsahibəyə görə təşəkkü edirik. / marja.az

Banklar     Tarix: 13 fevral 2023

Oxşar xəbərlər

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti


iqtisadi xeberler rubl mezenne valyuta kurslari iqtisadiyyat xeberleri telefonla pul qazanmaq