Azərbaycanın ən böyük bankının sədri son 3 ili qiymətləndirdi

Azərbaycanın ən böyük bankının sədri son 3 ili qiymətləndirdiXəbər verdiyimiz kimi, regionun ən böyük maliyyə qurumlarından olan ABB (Azərbaycan Beynəlxalq bankı) 2022-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatını açıqlayıb.
Marja.az xəbər verir ki, Hesabat ABB-nin İdarə Heyətinin Sədri Abbas İbrahimovun ön sözü ilə başlayır.
İbrahimov, "ABB-nin strateji inkişafında xüsusi əhəmiyyət daşıyan 2022-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatımızı sizə təqdim etməkdən məmnunam" yazıb və davam edib:
"2022-ci ildə ABB-nin üç illik inkişaf strategiyasının bir dövrü (2020- 2022) başa çatdı və Bank yeni strateji mərhələyə daxil oldu.
"Son üç ildə biz gələcək inkişafımız üçün möhkəm təməllər formalaşdıran geniş transformasiya proseslərindən keçdik. 
Bu gün 3000-dən çox əməkdaşı özündə birləşdirən böyük ABB komandası ilə 2020 - 2022-ci illərdə müxtəlif təşəbbüslər irəli sürərək onları uğurla icra etdik. Məhsul və xidmətlərimizin keyfiyyətinə, onların müxtəlif sosial qruplar və regionlar üçün əlçatanlığına diqqət yetirdik. Korporativ müştərilərimiz üçün xidmət modelimizi yenidən formalaşdırdıq və mövcud müştərilərimizlə əlaqələrimizi gücləndirdik".
Abbas İbrahimov qeyd edib ki, son bir neçə il dünya iqtisadiyyatı üçün müxtəlif çətinliklərlə xarakterik olub:
"COVID-19 böhranı, iqlim anomaliyaları və geosiyasi qeyri-sabitliyin yaratdığı mənfi təsirlər inflyasiya meyllərini yüksəltdi, bizneslər üçün bir sıra problemlər yaratdı. 
Azərbaycan Respublikası Mərkəzi Bankı 2022-ci ildə öz mandatına uyğun olaraq ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına yönəlmiş addımlar atdı. O cümlədən 2022-ci ildə inflyasiya təzyiqinin yumşaldılması məqsədilə müvafiq tədbirlər həyata keçirildi.
Həmçinin hökumət qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq, özəl sektorun milli iqtisadiyyatda payını artırmaq üçün aparılan islahatların davamı olaraq bir sıra dəstək proqramları həyata keçirdi. ABB-nin maliyyə sektorunda ən yaxşı işəgötürən olmağı vurğulayır. Sürət və mükəmməllik yeni strateji dövrdə bizi irəli aparan əsas performans meyarlarımız olacaq".
Bankın sədri vurğulayıb ki, digər müştəri seqmentləri ilə yanaşı, gənclərlə də güclü və uzunmüddətli əlaqələr qurmaq üçün böyük potensial görürlər:
"Biz gənc müştərilərin ehtiyaclarına uyğunlaşdırılmış yeni məhsul və xidmətləri təqdim etmək üçün daha böyük səylə çalışacağıq. Bu, bizim müasir və davamlı inkişaf edən bank olmaq məqsədimizi əks etdirir.
Biz "Beyond banking" təkliflərimizi genişləndirməyə davam edirik. Öhdəliyimiz ənənəvi maliyyə xidmətlərindən kənara çıxaraq maliyyə savadlılığını təşviq edən, cəmiyyətin inkişafını dəstəkləyən və davamlı gələcəyə töhfə verən təşəbbüsləri əhatə edir.
İqtisadiyyatın karbonsuzlaşdırılması istiqamətində artan tendensiya, iqlim dəyişikliyi ilə təxirəsalınmaz mübarizə, qlobal maliyyə artımı ABB üçün yeni imkanlar yaradır. Biz maliyyə resurslarının daha dayanıqlı və yaşıl layihələrə yönəldilməsində, iqlim dəyişikliyinin azaldılması istiqamətində aparılan fəaliyyətdə rol oynamağı planlaşdırırıq. 
Kənd təsərrüfatında, regionun enerji keçidində imkan və riskləri düzgün qiymətləndirərək dayanıqlı maliyyəni strateji qərarların qəbuluna inteqrasiya etməyi nəzərdə tuturuq." 
Abbas İbrahimov qed edib ki, məsuliyyətli biznes təcrübəmizə sadiqlik, uzunmüddətli dövr üzrə göstərdiyimiz səylərin bizi strateji məqsədlərimizə çatdıracağına inamımızı möhkəmləndirir:
"Bu Dayanıqlı İnkişaf Hesabatı bizim 2022-ci ildəki inkişaf yolumuzun, nailiyyətlərimizin və gələcəyə baxışımızın ümumi təsviridir. Sizi zaman ayırıb hesabatı oxumağa, nəticələrimizi araşdırıb performansımızı dəyərləndirməyə dəvət edirəm.
Bu inkişaf yolumuzda bizimlə birgə olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Bütün uğurlarımızın arxasında Sizin zəhmətiniz və dəstəyiniz durur. ABB-yə etibar etdiyiniz üçün minnətdarıq. Gəlin, önümüzdəki imkanlardan faydalanaq və cəmiyyətimiz üçün müsbət təsirlər yaratmağa davam edək!" 
Hesabatla buradan tanış ola bilərsiniz.
Hesabat haqqında
GRI 2021 Standartları maliyyə cəhətdən əhəmiyyətli davamlılıq məlumatlarını müəyyənləşdirmək və hesabat vermək üçün biznesə rəhbərlik etməkdə mühüm rol oynayır. GRI Standartları maraqlı tərəflərin gözləntilərinə və sektor təsirlərinə diqqət yönəldir, həmçinin şirkətləri davamlılıq performanslarını ölçmək, idarə etmək və şəffaf şəkildə hesabat vermək üçün təlimatlandırır. ABB 2022-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatını (bundan sonra "Hesabat") təqdim edir, burada beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə, qabaqcıl təcrübələrə istinadən Bankın əməliyyatları, təcrübələri və əhəmiyyətli mövzuları üzrə açıqlamalar verir.

Banklar     Tarix: 26 oktyabr 2023

Oxşar xəbərlər

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri


iqtisadi xeberler bank faizleri dollar məzənnəsi birbank biznes krediti