Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
"PAŞA Bank"ın səhmlərinin bir hissəsi kütləvi şəkildə investorlara təklif ediləcək. Belə ki, "PAŞA Bank" ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə başlayıb.
Marja.az xəbər verir ki, bununla bağlı detallı məlumatın 28 yanvar 2026-cı il tarixində açıqlanması gözlənilir.
Hazırda "PAŞA Bank"ın nizamnamə kapitalı 354 milyon 511 min 800 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 33300 manat olan 10646 ədəd adi səhmdən ibarətdir (Dövlət qeydiyyatı 1700767721). Bankın səhmdarları: PASHA Holding MMC (≈ 56,8195%), BLESS MMC (≈ 28,1796%), Arif Paşayev (≈ 9,9944%) və Mir Camal Paşayevdir (≈ 5,0066%).
31 dekabr 2025-ci il tarixində "PAŞA Bank" ASC 504 milyon 786 min manat bölüşdürülməmiş mənfəətə malik olub.
2025-ci ilin yanvar–dekabr aylarında "PAŞA Bank" ASC-nin xalis mənfəəti 148 milyon 896 min manat təşkil edib.
Qeyd edək ki, Azərbaycanda ilk İlkin Kütləvi Təklif ABB (Azərbaycan Beynəlxalq Bank) tərəfindən həyata keçirilib.
IPO (Initial Public Offering) şirkətlərin səhmlərini ilk dəfə ictimaiyyətə sataraq birjada ticarət olunmağa başlamasıdır. Bu proses şirkətlərin böyümək üçün kapital cəlb etməsinə imkan yaradır. Bu əməliyyat zamanı şirkət səhmlərini fərdi və institusional investorlar üçün təklif edir.
Adətən İPO zamanı şirkətin yeni buraxılan səhmləri satışa çıxarılır. Bu, ictimai investorların şirkətdə pay almasına imkan yaradır.

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 adamı
SMM nə deməkdir?
Elon Musk kimdir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-5 bahalı geyim şirkətləri