Azərbaycanın Milli Ödəniş Sistemində 343 milyard manatlıq əməliyyat

Azərbaycanın Milli Ödəniş Sistemində 343 milyard manatlıq əməliyyat2022-ci il ərzində ölkədə Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS, AÖS) vasitəsilə aparılan əməliyyatların ümumi həcmi 343 milyard manat, sayı isə 97.6 milyon ədəd təşkil etmişdir.
Marja xəbər verir ki, bu Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin Rəqəmsal ödənişlər icmalında bildirilir.
Qeyd edilib ki, hesabat dövrü ərzində Milli Ödəniş Sisteminin əsas komponentləri olan iri və təcili ödənişlər üzrə "Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi" (AZİPS) üzrə keçən ödənişlərin sayı 1.4 mln. ədəd, həcmi 300.1 mlrd. manat, xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən "Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi" (XÖHKS) üzrə isə ödənişlərin sayı 95.9 mln. ədəd, həcmi 41.9 mlrd. manat olmuşdur. 2022-ci il ərzində Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilən əməliyyatların sayı 337.3 min ədəd, həcmi isə 549.6 mln. manat olmuşdur.
2021-ci il ilə müqayisədə aparılan əməliyyatların həcmində AZİPS üzrə 63.3%, XÖHKS üzrə isə 23.7%, AÖS üzrə isə 2 dəfə artım müşahidə olunmuşdur. 
Milli Ödəniş Sistemi vasitəsilə kommersiya bankları tərəfindən aparılmış köçürmələrin sayı və həcmi 2021-ci illə müqayisədə müvafiq olaraq 37.9% və 56.3% artmışdır.
Qeyd edilib ki, Milli Ödəniş Sisteminin yeni komponenti olan, 24/7 rejimində fəaliyyət göstərən Ani Ödənişlər Sisteminin (AÖS) əhatə dairəsinin və funksionallıqlarının genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilmişdir. Fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına imkan verən AÖS-ə hesabat dövrünün sonuna 24 bank, "Azərpoçt" MMC, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və İpoteka və Kredit Zəmanət Fondu inteqrasiya olunmuşdur. AÖS-ün əhatə dairəsinin genişləndirilməsi tədbirlərinin dəstəklənməsi, habelə iştirakçı banklar və milli poçt operatoru tərəfindən fiziki şəxslərin sistemin imkanlarından istifadəsinin stimullaşdırılmasına əlverişli şəraitin yaradılması məqsədilə Mərkəzi Bank tərəfindən fiziki şəxslər (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) tərəfindən aparılan QR kod ödənişləri və köçürmələr üzrə sistemdən istifadəyə görə 2022-ci il ərzində iştirakçı təşkilatlardan xidmət haqqının tutulmaması qərarı verilmişdir.
AÖS vasitəsilə 2022-ci il ərzində həyata keçirilən ödənişlərin sayı 2021-ci il ilə müqayisədə 2.9 dəfə, həcmi isə 2 dəfə artmışdır. / marja.az

Banklar     Tarix: 13 fevral 2023

Oxşar xəbərlər

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti


iqtisadi xeberler rubl mezenne valyuta kurslari iqtisadiyyat xeberleri telefonla pul qazanmaq