"Azərsığorta" dövlət icbari şəxsi sığortalar olmadan da bazarın əsas iştirakçısına çevrilir

Ötən ildən başlayaraq  tam şəkildə yenilənmə mərhələsini keçən "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, ötən il Şirkətin cəmi əməliyyat gəlirləri 34 milyon 532 min manat, cəmi əməliyyat xərcləri 44 milyon 985 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 10 milyon 453 min manat təşkil edib. Xərclərin yüksək olmasının xeyli hissəsi 2022-ci ildən əvvəlki dövrlər ilə əlaqədar ola bilər. 
2021-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 59 milyon 120 min manat, cəmi əməliyyat xərcləri 73 milyon 414  min manat, əməliyyat zərəri  14 milyon 295 min manat təşkil etmişdi.
"Azərsığorta"nın hesabladığı sığorta haqları 2021-ci ldə 54 milyon 93 min manat ikən, 2022-ci ildə 16 milyon 465 min manat təşkil edib. Sığorta ödənişləri isə 59 milyon 730  min manatdan, 20 milyon 88 min manata düşüb. 
Xatırladaq ki, "Azərsığorta"nın dövlət icbari şəxsi sığortalar (Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası) sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.
Ötən il "Azərsığorta" yuxarıda adları çəkilən növlər üzrə sığorta haqları hesablamadığından Şirkətin gəlirlərində azalma baş verib. Dövlət icbari şəxsi sığortalar olmadan "Azərsığorta"nın 16,5 milyon manat sığorta haqları hesablaması mühüm uğurdur.
Hazırda "Azərsığorta" brendi altında fəaliyyətini uğurla davam etdirən Dövlət Sığorta Şirkəti bütün ölkə üzrə geniş filial şəbəkəsinə malikdir. Şirkət yeni biznes strategiyası ilə bazardakı mövqeyini daha da gücləndirmək üçün inamlı addımlar atmaqda davam edir. Şirkət tam şəkildə yenilənmə mərhələsi keçməkdədir. İslahatlar və yeni layihələr nəticəsində şirkət sığorta bazarında yeni imkanlar yaradaraq bazarın əsas iştirakçısına çevrilməkdə davam edir.
Dinamik inkişaf edən "Azərsığorta" hazırda sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün növ qeyri-həyat sığortası məhsullarını təklif edir. Şirkət İcbari Sığorta Bürosunun (İSB) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) üzvü və fəal iştirakçısıdır.
Prezident İlham Əliyevin 2020-ci il 05 noyabr tarixli, 1174 nömrəli Fərmanına əsasən "Azərbaycan İnvestisiya Holdinqi" təsis edilmiş və 2021-ci il 22 sentyabr tarixli, 2907 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin idarə olunmasının əsasları "Azərbaycan İnvestisiya Holdinq"inin səlahiyyətinə verilmişdir.

Banklar     Tarix: 18 aprel 2023

Oxşar xəbərlər

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler bitcoin qiymeti investisiya internetden pul qazanmaq bank faizleri