"Azinvestkredit BOKT"un xalis zərəri 3 dəfə artıb
"Azinvestkredit BOKT" MMC 2022-ci ili 180 min 594 manat xalis zərər ilə başa vurub. Təşkilat 2021-ci ili 60 min 747 manat xalis zərər ilə bağlamışdı. Beləliklə, "Azinvestkredit"in xalis zərəri 3 dəfə artıb.
Marja xəbər verir ki, 2021-ci ildə "Azinvestkredit BOKT" faiz gəlirləri 79 min 530 manat ikən, 2022-ci ildə 68 min 411 manata düşüb (11 min 119 manat və ya 14% azalıb).
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Təşkilatın haqq və komissiya gəlirləri isə 6 min 685 manatdan 9 min 351 manata yüksəlib.
"Azinvestkredit BOKT" kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2022-ci ildə 2021-ci illə müqayisədə 145 min 10 manat və ya 38,5% azalaraq 231 min 210 manata düşüb. Təşkilatın kredit portfeli 2021-ci ilin sonunda 376 min 220 manata çatmışdı.
Bu ilin mart ayında "Azinvestkredit" Bank Olmayan Kredit Təşkilatının nizamnamə kapitalının 245 min manat azaldılacağı, kapitalının 552 min manatdan 307 min manata geriləyəcəyi açıqlanmışdı.
15.03.2013-cü il tarixində dövlət qeydiyyatına alınmış "Azinvestkredit"in direktoru Vəliyeva Səbinə Novruz qızıdır.

/ marja.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Ev şəraitində pul qazanmağın yolları
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən zəngin idmançıları
Proqramçılar üçün TOP-5 Freelance sayt