Balaxanıdakı çay evi (Həyat Sığortası tərəfindən ödənilmiş borc)
Cəfər və Ülviyyə gənc bir cütlük idi. Onlar illərdir ki, Balaxanıda yaşayır, əllərinə keçən hər qəpiyi yığıb gələcək planları üçün saxlayırdılar. Onların ən böyük arzusu isə çox sadə idi: Cəfərin atasından qalmış balaca çay evini təmir edib, işlətmək. Ancaq çay evinə lazım olan avadanlıq və təmir xərcləri üçün topladıqları pul yetmirdi.
Cütlük bankdan istehlak krediti götürmək qərarına gəlir. Bank əməkdaşı ilə söhbət zamanı onlar planlar və xəyallarını bölüşdülər. Bank onlara həm kredit, həm də könüllü "Kredit Həyat Sığortası" təklif etdi. Cəfər əvvəlcə tərəddüd etsə də, Ülviyyə "Bu bizi çətin gündə qoruyar", - deyərək sığortanı qəbul etdi.
Bir neçə ay sonra onların Balaxanıda kiçik çay evi açıldı. Müştərilər çay evində uzun-uzun söhbətlər edir, gülə-gülə vaxt keçirirdilər. Cəfər yorulmadan işləyir, Ülviyyə isə müştəriləri qarşılayırdı. Hər şey yolunda gedirdi.
Cəfərin ürəyindəki sancılar son zamanlar onu narahat etməyə başlamışdı, amma işin çoxluğu səbəbindən həkimə getməyi təxirə salırdı. Növbəti həftə vəziyyəti ağırlaşdı və təcili xəstəxanaya yerləşdirildi. Cəfərin müalicəsi davam etsə də, iki gün sonra həyatla vidalaşdı. Diaqnoz ürək çatışmazlığı idi.
Ülviyyə bir tərəfdən həyat yoldaşının itkisini, digər tərəfdən isə çay evinin xərcləri, kredit ödənişləri və gündəlik həyatın ağırlığını təkbaşına daşıyırdı. Ödənişləri ödəmək artıq onun üçün imkansız görünürdü, bank ödənişlərini edə bilmirdi. Bir neçə ay ödənişləri gecikdirmişdi, banka vəziyyətinin çətin olduğunu və həyat yoldaşının vəfat etdiyini bildirdi.
Bank daxili aparılan araşdırmalar nəticəsində kredit götürən şəxs Cəfər Abdulovun bir neçə ay öncə ürək çatızmazlığı nəticəsində vəfat etdiyi aydın oldu. Amma bank olaraq, kredit götürən şəxsə istehlak krediti zamanı "Kredit Həyat Sığortası" da təklif olunmuşdu. Çox az ödəniş edərək, ailə bu sığortadan yararlanmışdı və bunun nəticəsində vəfat etmiş şəxsin ailəsinin kredit borcu həyat sığortası şirkəti tərəfindən ödənildi.
Bu məqalə kommersiya banklarından birinin təqdim etdiyi kredit tarixçəsinə əsasən hazırlanmışdır. Hadisələrin təsvirini həmin proseslərin birbaşa şahidi olmuş bank əməkdaşı yazmışdır.
Qeyd edək ki, istehlak krediti götürən istənilən şəxsə könüllü olaraq bank tərəfindən həyat sığortası təklif olunur. Kredit həyat sığortası tam olaraq kredit müddətini əhatə edir. Müştərinin ölüm, xəstəlik və ya bədbəxt hadisə nəticəsində əlilliyin təyin olunması hallarında, sığorta şirkəti qalan kredit borcunu qarşılayır.

"Referans Medical Group" və "PAŞA Həyat Sığorta" "TezSağal" məhsulunu təqdim etdi
Azərbaycanda müddətli əmanətçilərin sayı bir ildə 28% artıb
"Bitcoin" yenidən 80 min dollara yaxınlaşıb
Bankların qiymətli kağız portfeli daralıb – gəlirlər də azalıb
"Referans Medical Group" və "PAŞA Həyat Sığorta" "TezSağal" məhsulunu təqdim etdi
Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı
"Ziraat Bank Azərbaycan" daha 15 milyon manatlıq istiqraz buraxmağa hazırlaşır
"Finex Kredit"də dəyişikliklər gündəmdə – səhmdarlar təcili yığıncağa çağırıldı
Azərbaycanda bank hesablarının sayı 60 milyonu keçib
"İpək Yolu Sığorta"nın ünvanı dəyişdi
Yatırım olmadan necə biznes qurmaq olar?
Green Card nədir və onu necə əldə etmək olar?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
İnvestisiyanın necə cəlb etmək olar?
Ev şəraitində pul qazanmağın yolları