"Bank Avrasiya"nın Müşahidə Şurasında dəyişiklik edilə bilər
"Bank Avrasiya" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 1700792251) 22 oktyabr 2025-ci il tarixində saat 11:00-da səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.
Banker.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Rüfət Kərimovun səhmdarlara göndərdiyi bildirişdə deyilir.
Gündəlikdə əsas məsələ "Bank Avrasiya" ASC-nin Müşahidə Şurasının üzvləri siyahısında dəyişiklik edilməsi ilə bağlıdır.
Yığıncaq Bakı şəhəri, Nizami küçəsi, ev 112 B ünvanında təşkil olunacaq.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Swift nədir?
Elon Musk kimdir?
Dünyanın ən varlı 10 müğənnisi