Bank BTB 2023-cü ilin ikinci rübünü mənfəətlə başa vurdu

Bank BTB 2023-cü ilin ikinci rübünü mənfəətlə başa vurdu®Bank BTB bu ilin 2-ci rübünü 309 min manat mənfəətlə başa vuraraq, ötən ilin eyni dövrü ilə müqayisədə 106% artım etmişdir. 
Hesabat tarixinə aktivlərin cəmi 381 milyon 214 min manat təşkil etmişdir. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 7.6% artım deməkdir.
1-ci rübün nəticələrinə görə faiz gəlirləri ötən rüb ilə müqayisədə 102% artaraq 14 milyon 670 min manat, faiz xərcləri 9 milyon 356 min manat, qeyri-faiz gəlirləri 102% artaraq 2 milyon 186 min, qeyri-faiz xərcləri 6 milyon 585 min olmuşdur. Bununla da əməliyyat mənfəəti 7 dəfədən çox artaraq 905 min manat təşkil etmişdir. 
Digər göstərici bankın depozit portfelinin artmasıdır ki, qeyd olunan dövrdə bankın müddətli depozit portfeli 132 milyon 765 min manat təşkil etmiş, ötən ilin eyni dövrü ilə müqayisədə 4% artmışdır.
2-ci rüb ərzində Bank BTB tərəfindən 38 milyon 979 min manat kredit verilmişdir. Ümumi satışın 37%-ni Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən ipoteka kreditləri, 21%-ni istehlak kreditləri, 25%-ni sahibkarlıq subyektlərinə verilən kreditlər, 17%-ni bankın vəsaiti hesabına yaşayış sahəsi olan daşınmaz əmlakın alınması və ya tikintisi məqsədilə fiziki şəxslərə verilən kreditlər təşkil edib. Bununla da kredit portfeli ötən rübə nisbətdə 2.5% artaraq 282 milyon 271 min manat təşkil etmişdir.
Hesabat dövrünə bankın məcmu kapitalı 54 milyon 56 min manat təşkil edir. Bankın ani likvidlik əmsalı 90.46% təşkil edir ki, bu da AMB-nin tələb etdiyi minimum normadan 3 dəfədən çoxdur.
Nəzərinizə çatdıraq ki, Bank "BTB" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp () nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir. / banker.az

Banklar     Tarix: 26 iyul 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler birbank bitcoin bitcoin qiymeti dollar mezenne