Bank BTB 2023-cü ilin ikinci rübünü mənfəətlə başa vurub

Bank BTB 2023-cü ilin ikinci rübünü mənfəətlə başa vurubBank BTB bu ilin 2-ci rübünü 309 min manat mənfəətlə başa vuraraq, ötən ilin eyni dövrü ilə müqayisədə 106% artım etmişdir. 
Bankın yaydığı press-relizdə bildirilir ki, hesabat tarixinə aktivlərin cəmi 381 milyon 214 min manat təşkil etmişdir. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 7.6% artım deməkdir.
Qeyd edilib ki, 1-ci rübün nəticələrinə görə faiz gəlirləri ötən rüb ilə müqayisədə 102% artaraq 14 milyon 670 min manat, faiz xərcləri 9 milyon 356 min manat, qeyri-faiz gəlirləri 102% artaraq 2 milyon 186 min, qeyri-faiz xərcləri 6 milyon 585 min olmuşdur. Bununla da əməliyyat mənfəəti 7 dəfədən çox artaraq 905 min manat təşkil etmişdir. 
Digər göstərici bankın depozit portfelinin artmasıdır ki, qeyd olunan dövrdə bankın müddətli depozit portfeli 132 milyon 765 min manat təşkil etmiş, ötən ilin eyni dövrü ilə müqayisədə 4% artmışdır.
2-ci rüb ərzində Bank BTB tərəfindən 38 milyon 979 min manat kredit verilmişdir. Ümumi satışın 37%-ni Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən ipoteka kreditləri, 21%-ni istehlak kreditləri, 25%-ni sahibkarlıq subyektlərinə verilən kreditlər, 17%-ni bankın vəsaiti hesabına yaşayış sahəsi olan daşınmaz əmlakın alınması və ya tikintisi məqsədilə fiziki şəxslərə verilən kreditlər təşkil edib. Bununla da kredit portfeli ötən rübə nisbətdə 2.5% artaraq 282 milyon 271 min manat təşkil etmişdir.
Hesabat dövrünə bankın məcmu kapitalı 54 milyon 56 min manat təşkil edir. Bankın ani likvidlik əmsalı 90.46% təşkil edir ki, bu da AMB-nin tələb etdiyi minimum normadan 3 dəfədən çoxdur.
Nəzərinizə çatdıraq ki, Bank "BTB" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir. / marja.az

Banklar     Tarix: 26 iyul 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək

Azərbaycan Mərkəzi Bankı bina və avadanlıqlarının sığortalanması xidmətini "PAŞA Sığorta" ASC-dən satın alır. xəbər verir ki, Mərkəzi Bank bu məqsədlə "PAŞA Sığorta" ilə 905 min 265 manat dəyərində müqavil

"Azərbaycan Sənaye Bankı"na yeni sədr təyin edilib – Uzun müddətdir orada çalışırdı

"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. xəbər verir ki, səhdmarların Ümumi Yığıncağının qərarına əsasən bankın İdarə Heyətinin üzvü Sarvan Umudvar oğlu Mikayılov İdarə Heyətini

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

"Ziraat Bank Azərbaycan" enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb

Bank Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə cari ilin aprel ayında imzalanmış strateji əməkdaşlıq müqaviləsi çərçivəsində Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə başlayıb

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri


iqtisadi xeberler bitcoin dollar məzənnəsi dollar kursu pul qazanmaq