Bank hansı halda müştərini məhkəməyə verə bilməz?

Bank hansı halda müştərini məhkəməyə verə bilməz?Günümüzdə maliyyə sıxıntısı yaşayan əksər insanlar geri ödənilməsi çətin olsa belə çıxış yolunu bankdan kredit əldə etməkdə görür. Elə bu səbəbdən də həmin borclarını geri ödəməkdə çətinlik çəkirlər.
Təbii ki, yüksək faizlərlə olan krediti alıb, probleminizi həll etmək işin ən asan tərəfidir.
Lakin krediti əldə etdikdən sonra geri qaytarmaq heç də asan deyil. Çünki banka olan borcunuzu geri qaytararkən əsas məbləğlə birlikdə bank faizləri üstəgəl komisyon haqqları da ödəməli olacaqsınız. Lakin bəzən bank kredit müştərisi olmuş şəxslər, kredit borclarını ödəməkdə çətinlik çəkir və bir müddət sonra ödəmə edə bilmirlər. Nəticə isə problemli kreditlərin artmasına gətirib çıxarır.
Əgər banka olan kredit borcun vaxtında geri ödənmirsə, ilk növbədə bank gecikmə ilə bağlı xəbərdarlıqlar edəcək. Daha sonra isə bank sizinlə bu problemi məhkəmədən kənar həll etməyə çalışacaq və öz maraqları baxımından məhkəməyə son anda müraciət edəcəklər. Çünki məhkəməyə müraciət etdikdən sonra faiz hesablanması dayanır, bu isə banklara təbii ki, sərf etmir. Bununla yanaşı digər səbəblərdən biri də yaranmış problemin məhkəmə vasitəsiylə həlli uzun və kifayət qədər maliyyə vəsaiti tələb edən prosesdir.
Bunun qarşısını almaq üçün isə qanuna əsasən borclu məhkəmə əmrini alan gündən sonra 10 gün ərzində həmin əmri vermiş məhkəməyə ərizə ilə müraciət edilərsə, həmin əmr dərhal və ləğv edilir. Bundan sonra işə tərəflərin iştirakı ilə baxılır. İşə tərəflərin iştirakı ilə baxılanda borc məbləği yenidən hesablanır və faizlər silinir.
Bəs bank nə vaxt müştərini məhkəməyə verə bilməz?
Daha aydın olaraq qeyd etmək istərdik ki, bankın müştərini məhkəməyə verməsi üçün xüsusi müddət var ki, həmin vaxt bitdikdən sonra bank müştərini məhkəməyə verə bilməz. Həmin müddət isə kredit əldə edən şəxs və zamin üçün fərqlidir.
Belə ki, kredit götürən şəxs üçün həmin məbləği geri ödəmədiyi təqdirdə, bankın onu məhkəməyə vermə müddəti 3 ildir. Yəni əgər 3 il ərzində, borcalan kredit borcunu geri ödəmədiyi halda belə bank həmin şəxsi məhkəməyə verməyibsə, 3 il bitdikdən sonra artıq borcalanın məhkəməyə verilməsi mümkünsüzləşir. Zamin isə bu müddət 1 ildir. Eyni qayda ilə 1 il bitdikdən sonra zaminin məhkəməyə vermə müddəti bitir. Həmin müddət isə kredit borcunu son ödəmə tarixindən hesablanır. / banker.az

Banklar     Tarix: 26 dekabr 2022

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda


iqtisadi xeberler dollarin kursu bu gun 1000 manatla biznes emlak xeberleri leobank kart