Bank of Baku-da maliyyə savadlılığı günü

Bank of Baku-da maliyyə savadlılığı günü®Bank of Baku cəmiyyətin bütün yaş qrupları arasında maliyyə savadlılığının artırılmasını korporativ sosial məsuliyyət fəaliyyətinin əsas hissələrindən biri hesab edir və bu istiqamətdəki addımlarını davam etdirir. 
Bu məqsədlə 4 mart tarixində Bank fo Baku tərəfindən əməkdaşlarının övladları üçün maarifləndirici tədbir təşkil olunub. 
11-15 yaşlı uşaqları əhatə edən və "Maliyyə savadlılığı hər yaşda önəmlidir!" şüarı ilə keçirilən tədbir ikihissəli şəkildə təşkil edilib: 
1-ci hissədə uşaqlara bankın Ödəniş Sistemləri departamentinin əməkdaşı Gülər Mirzəyeva tərəfindən təlim keçirilib. Təlim zamanı uşaqlara pulun yaranma tarixi, əsginaslar, büdcə planının formalaşdırılması, büdcənin idarəsi üçün mövcud olan rəqəmsal həllər, eləcə də bank kartlarının növləri, onlardan təhlükəsiz istifadə kimi mühüm mövzularda ətraflı məlumat verilib, uşaqların mövzu ilə bağlı sualları cavablandırılıb.
Tədbirin ikinci hissəsi isə intellektual yarış formatında davam edib. Bu hissədə uşaqlar komandalar şəklində yarışmaqla bərabər, səsləndirilən suallar və onlara verilən cavablar sayəsində də əhəmiyyətli məlumatlar əldə ediblər. 
Qeyd edək ki, Bank of Baku mütəmadi olaraq sosial media kanalları, Dostbank tətbiqi, eləcə də təşkil etdiyi tədbirlərlə müştərilərini maliyyə təhlükəsizliyi və fırıldaqçılıq halları barədə məlumatlandırır. Bank bundan öncə "Maliyyə savadlılığı hər yaşda önəmlidir!" şüarı ilə həm məktəblilər, həm də yaşlı nəslin nümayəndələri üçün oxşar layihələr həyata keçirib.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com  
www.facebook.com/bankofbaku
Bank of Baku-da maliyyə savadlılığı günüBank of Baku-da maliyyə savadlılığı günüBank of Baku-da maliyyə savadlılığı günüBank of Baku-da maliyyə savadlılığı günüBank of Baku-da maliyyə savadlılığı günüBank of Baku-da maliyyə savadlılığı günüBank of Baku-da maliyyə savadlılığı günüBank of Baku-da maliyyə savadlılığı günüBank of Baku-da maliyyə savadlılığı günü/ banker.az

Banklar     Tarix: 05 mart 2026

Oxşar xəbərlər

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler internetden pul qazanmaq bitcoin kripto dollarin kursu bu gun