"Bank of Baku" kredit və depozitlərini böyüdüb

"Bank of Baku" ASC-nin 2025-ci ilin III rübünün sonuna aktivləri ilin əvvəlindən 19,6% artaraq 1 milyard 117,6 milyon manat təşkil edib. Halbuki, ilin əvvəlində bu rəqəm 934,3 milyon manat idi.
Banker.az xəbər verir ki, bu barədə bankın rüblük hesabatında qeyd edilib.
Artımın əsas drayveri kredit portfelinin və depozit bazasının genişlənməsi olub. Müştərilərə verilmiş kreditlər 872,4 milyon manata yüksələrək illik müqayisədə 14,7% artım nümayiş etdirib. Xalis kredit portfeli (ehtiyatlar çıxıldıqdan sonra) 705,3 milyon manatdan 811,3 milyon manata qalxıb – bu da 15% böyümə deməkdir. Göründüyü kimi, xalis kredit portfeli ümumi kredit portfelindən daha yüksək və ya sağlam dinamika ilə artım edir.
Kreditlərin strukturuna baxdıqda, istehlak kreditləri 579,3 milyon manatdan 673,2 milyon manata yüksəlməklə illik 16,2%, biznes kreditləri 132,7 milyon manatdan 141,4 milyon manata 6,6% və daşınmaz əmlak kreditləri isə 18,6% artaraq 57,7 milyon manata çatıb.
Cəmi depozitlər 698,6 milyon manata qalxaraq doqquz aya 17,9% artım nümayiş etdirib. Bunun 638,9 milyon manatı fiziki şəxslərin, 59,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. Xüsusilə fiziki şəxslərin əmanətləri üzrə artım 19,4%, hüquqi şəxslərin depozitlərində isə 4,2% olub. Həmişəki kimi pərakəndə müştərilər BoB-un əsas müştəri bazası olaraq qalır.
"Bank of Baku" ilin doqquz ayında likvid vəsaitlərini də əhəmiyyətli dərəcədə artırıb. Nağd vəsaitlər və onların ekvivalentləri 64,7 milyon manatdan 94,1 milyon manata yüksələrək 45,4% artım nümayiş etdirib.
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, əməliyyat fəaliyyəti nəticəsində xalis pul daxilolmaları 67,4 milyon manat təşkil edib ki, bu da əvvəlki dövrdəki 59,7 milyon manatdan 12,9% çoxdur. Əməliyyat öhdəliklərindəki, xüsusilə depozitlər üzrə daxilolmalar, bankın likvidlik mövqeyini daha da möhkəmləndirib.
Bankın ümumi öhdəlikləri 778,6 milyon manatdan 948,7 milyon manata qalxıb (+21,8%), kapitalı isə 155,7 milyon manatdan 168,9 milyon manata yüksəlib (+8,5%). Bölüşdürülməmiş mənfəətin 92,6 milyon manatdan 104,6 milyon manata yüksəlib. Bu da ilk 9 aya "Bank of Baku"nun 24 milyon manat xalis mənfəətlə başa vurması ilə əlaqəldir.  İllik müqayisədə 19,9% artım deməkdir.

Banklar     Tarix: 17 oktyabr 2025

Oxşar xəbərlər

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler bitkoin almaq dollar manat kursu internetden pul qazanmaq biznes xeberleri