"Bank of Baku" xalis mənfəət etməklə bölüşdürülməmiş mənfəətini 71 mln. manata çatdırdı

"Bank of Baku" ASC 2023-cü ilin ilk rübündə maliyyə nəticələrini bir qədər də yaxşılaşdırmaqla rübü 9.54 mln. manatlıq xalis mənfəətlə tamamlamış oldu.
Banker.az xəbər verir ki, bankın ilk rübdə faiz gəlirlərinin həcmi 41% artımla 29.67 mln. manat olmaqla, bunun da 28.52 mln. manatı kredit faizləri üzrə gəlirlər təşkil edib.
Hesabat ilində kredit təşkilatının faiz xərcləri illik müqayisədə 2 dəfə artımla 8.72 mln manat olub.
Bank 2.19 mln. manat qeyri-faiz gəliri əldə edərkən, 15.15 mln. manat qeyri-faiz xərci çəkib. Qeyri-faizlərində 7.86 mln. manatı əməkhaqqı xərclərinə çəkdiyi xərcdir.
Beləliklə, 7.98 mln. manat əməliyyat mənfəəti əldə etmiş olub. Ötən ilin eyni dövrü bu rəqəm 7.53 mln. manat idi.
Bununla belə, bank mümkün zərərlər üzrə 5.39 mln. manat ehtiyata ayırma etməsi onun xalis mənfəətini öncəki ilin analoji dövründən bir qədər azaldıb.
"Bank of Baku" 1-ci rübdəki 13.37 mln. manat mənfəətindən 3.83 mln. manat mənfəət vergisi ödəmiş və 9.54 mln. manat xalis mənfəət əldə edib. Bankın xalis mənfəəti öncəki ilin eyni dövrü ilə müqayisədə 3% azdır.
Son illəri mənfəətlə işləyən bankın balansında 1 aprel 2023-cü il tarixinə 70.82 mln. manat bölüşdürülməmiş mənfəət yaranıb. Qeyd edək ki, hazırda "Bank of Baku"nun səhmdarları bazarda 52.87 mln. manat səhm kapitalı ilə çıxış edir və bu bank üçün olduqca müsbət bir amildir.
BALANSI
Aktivlərin həcmi illik müqayisədə 5% artımla 736.13 mln. manata yüksəlib. Burada 583.59 mln. manatı kredit portfeli (rüblük dəyişmə: +1%), 69 mln. manatı banklara və kredit təşkilatlarındakı depozitlər (+2 dəfə), 31.16 mln. manat qiymətli kağızlar (+37%), 83.43 mln. manatı nağd vəsaitlər (+71%) və 11.32% əmlakı (-2%) olub.
Bank depozit portfelini ilk rübdə 7% artımla 391.28 mln. manata çatdırıb. Burada fiziki şəxslərin depozitlərinin 11% artımla 365.16 mln. manata yüksəlməsi xüsusi qeyd edilməlidir.
Cəmi öhdəliklərin həcmi 1-cü rübdə 4% artmaqla 603.63 mln. manata yüksəlib.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Banklar     Tarix: 26 aprel 2023

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler biznes xeberleri biznes qurmaq pul qazanmaq dollar mezenne