Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub

Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub2025-ci ilin yekunlarına əsasən Bank Respublika əsas maliyyə göstəriciləri üzrə rekord nəticələr əldə edərək özünün dayanıqlı inkişaf modelini və yüksək etibarlılıq səviyyəsini bir daha təsdiqləyib.
Bank Respublikanın yaydığı press-relizdə bildirilir ki, hesabat dövründə Bank ötən illə müqayisədə əsas maliyyə istiqamətləri üzrə artım təmin edərək Azərbaycanın bank xidmətləri bazarındakı mövqelərini daha da möhkəmləndirib:
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
2025-ci il üzrə əsas maliyyə göstəriciləri:
- Aktivlər 25,2% artaraq 2,73 mlrd manat təşkil edib;
- Məcmu kapital 20% artaraq 266,67 mln manat olub;
- Kredit portfeli 12,4% artaraq 1,65 mlrd manat təşkil edib;
-Xalis faiz gəlirləri 19,4% artaraq 169,73 mln manat olub;
-Xalis əməliyyat mənfəəti 20,3% artaraq 82,29 mln manat səviyyəsinə çatıb;
-Xalis mənfəət 19,8% artaraq 60,6 mln manat təşkil edib.
-Depozit portfeli 1,36 mlrd manata çatmışdır, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
Maliyyə dayanıqlılığı göstəriciləri:
-Birinci dərəcəli kapitalın adekvatlıq əmsalı (Tier I) — 10,14% (norma — 6,5%);
-Ümumi kapitalın adekvatlıq əmsalı — 14,6% (norma — 12,5%);
-Leverec əmsalı — 6,71% (norma — 5%).
-Qeyri-işlək kreditlərin bankın ümumi kredit portfelindəki payı - 0,90% təşkil edib, bu isə bank sektorunda ən aşağı göstəricilərdən biridir.
2025-ci ildə Bank Respublika, həm bank, həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsini davam etdirmişdir. Bank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB)) kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır.
"2025-ci il Bank Respublika üçün ardıcıl inkişaf, strateji qərarlar və institusional möhkəmlənmə ili oldu. İl ərzində atılan addımlar bankın dayanıqlı inkişaf modelinə sadiqliyini, müasir maliyyə həllərinə və müştəriyönümlü yanaşmaya verdiyi önəmi bir daha təsdiqlədi. Əldə olunan nəticələr ölkənin davamlı və hərtərəfli inkişafı üçün dövlət tərəfindən formalaşdırılmış əlverişli şərait, eləcə də bankın peşəkar komandası və müştərilərimizin və tərəfdaşlarımızın etimadı sayəsində mümkün olub. Gələcəkdə Bank Respublika innovativ həllərin tətbiqi və müştərilərə yüksək keyfiyyətli xidmətin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirərək maliyyə sektorunda lider mövqelərini daha da möhkəmləndirəcək", — deyə Bank Respublikanın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib. / marja.az

Banklar     Tarix: 15 yanvar 2026

Oxşar xəbərlər

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler valyuta xeberleri bitcoin qiymeti investisiya bitkoin almaq