"Bank Respublika" $5 milyonluq istiqraz buraxır
"Bank Respublika" ASC ümumi həcmi 5 milyon ABŞ dolları olan istiqraz buraxmağı planlaşdırır.
Banker.az bu barədə Bankın Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir.
Bildirilir ki, ölkənin 5-ci ən iri bankı hər birinin nominal dəyəri 1 000 dollar olan 5 000 ədəd faizli, sənədsiz, adlı, təmin edilməyən istiqrazlar buraxacaq. İstiqrazlar səkkiz il müddətinə 8.5 faiz gəlirlilik təklif edir.
2023-cü ilin sonuna faiz gəlirləri 183,3 milyon manat, xalis faiz gəliri isə 119,3 milyon manat təşkil edib. 2024-cü il üçün faiz gəlirləri 236,6 milyon manat, xalis faiz gəliri isə 150,5 milyon manat olub.
Cəmi aktivlər 2023-cü ildə 2,034 milyard manat, 2024-cü ildə isə 2,176 milyard manat olub. Pul vəsaitləri və ekvivalentləri 2023-cü ildə 593 milyon manat olduğu halda, 2024-cü il üçün bu göstərici 486 milyon manat olub.
Bankın aktivlərinin mənfəətlilik əmsalı (ROE) son bir ildə 2.29 faizdən 2.50 faizə, kapitalın mənfəətlilik əmsalı (ROE) isə 33.7 faizdən 35.65 faizə qalxıb.

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Start-up nədir?
Onlayn biznes növləri
CV hazırlayarkən buraxılan 5 səhv
5 liderlik göstəricisi
İnvestisiyanın necə cəlb etmək olar?