"Bank Respublika" ilk üç rübə ₼201 mln. gəlir, ₼50 mln.-a yaxın xalis mənfəət əldə edib

Ölkənin TOP5 bankına daxil olan "Bank Respublika" ASC-nin 2024-cü ilin ilk üç rübündə gəlirlərinin xərclərə nisbətən daha çox yüksəlməsi fonunda xalis mənfəəti də əhəmiyyətli artım nümayiş etdirib.
Banker.az "Bank Respublika"nın 2024-cü ilin yanvar-sentyabr dövrü üzrə hesabatına istinadən xəbər verir ki, bank dövr ərzində 49.72 milyon manat xalis mənfəət əldə edib. Bu, 2023-cü ilin eyni dövründəki 34.26 milyon manatla müqayisədə 45% artımdır.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
2024-cü ilin ilk doqquz ayında bankın cəmi gəlirlərinin həcmi 200.73 mln. manata çatmaqla öncəki ildəki 166.26 mln. manatı 21% üstələyir. Bunun da 172.62 milyon manatı faiz gəlirləri (illik: 25.3% artım), 21.77 milyon manatı isə qeyri-faiz gəlirləri (5.2% artım) olub.
Əsas faiz gəliri mənbəyi müştərilərə verilmiş kreditlərdir. Bu kateqoriya üzrə gəlir 2024-cü ildə 145.13 milyon manat olub, ötən ilin eyni dövründə isə 118.97 milyon manat idi. Yəni 2024-cü ildə müştərilərə verilmiş kreditlərdən gələn faiz gəlirləri 22% artıb.
Faiz xərcləri isə 2024-cü ilin yanvar-sentyabr aylarında 63.18 milyon manat olub, 2023-cü ildə bu göstərici 53.81 milyon manat idi. Bu da faiz xərclərinin 17.4% artmasını göstərir.
"Bank Respublika"nın bu mənfəətindən sonra onun balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 1 oktyabr tarixinə 87.4 mln. manat təşkil edib və bu da bankın kapitalının güclü mövqedə dayanması üçün əsasdır. Bankın hazırda 186.01 mln. manat xalis aktivləri var ki, bunun da cəmi 73.96 mln. manatı səhm kapitalıdır.
Qeyd edək ki, "Moody"s" reytinq agentliyi 2024-cü ilin iyulunda "Bank Respublika"nın Kredit ödəmə və tənzimlənmiş kredit ödəmə (Adjusted BCA) qabiliyyəti reytinqini b2 səviyyəsində təsdiq edib.
2024-cü ilin may ayına olan məlumata görə, "Bank Respublika" 4,4% bazar payı ilə Azərbaycanın beşinci ən böyük bankıdır. Agentlik "Bank Respublika"nı sabit bazar göstəriciləri və ölkənin bu sektoru üçün sistem əhəmiyyətli bank hesab edir. Bankın mümkün maliyyə gərginliyi zamanı hökumət sistem əhəmiyyətliliyini nəzərə alaraq ona maliyyə dəstəyi verir. Sistem əhəmiyyətli banka çevrilməsi ilə onun əmanətçiləri üçün əhəmiyyətinin artdığı bildirilir və bu dəstək bankın uzunmüddətli depozit reytinqlərinin b2 BCA səviyyəsindən bir pillə yüksəlməsinə səbəb olub.
"Bank Respublika"nın b2 kredit ödəməsi (BCA) 2023-cü ilin sonuna cəmi 1.4% problemli kreditlər, geniş likvidlik və son illərdə nümayiş etdirilən sabit gəlirlilik, geniş, 7%-dən yuxarı faiz marjası ilə dəstəklənən möhkəm aktiv keyfiyyəti ilə dəstəkləndiyi bildirilib.

Banklar     Tarix: 14 oktyabr 2024

Oxşar xəbərlər

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler bitcoin biznes qurmaq biznes xeberleri 1000 manatla biznes