Bank Respublika kredit və depozit portfelini əhəmiyyətli dərəcədə artırmışdır
®Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2023-cü ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, Bank yeni ilə inamla başlayaraq əsas maliyyə göstəricilərində müsbət artım dinamikasını davam etdirib.
2022-ci ilin birinci rübü ilə müqayisədə bankın aktivləri 32% artaraq 1,65 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir. Açıqlanmış hesabatdan həmçinin görünür ki, bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 36% artaraq 135,5 milyon manat olmuş və minimum məcmu kapital normasını 2,7 dəfə üstələmişdir.
Ötən ilin analoji dövrü ilə müqayisədə Bankın xalis faiz gəlirləri 43%-dən çox artaraq 26,2 milyon manata, xalis əməliyyat mənfəəti 2 dəfə artaraq 11,2 milyon manata, xalis mənfəəti isə 61% artaraq 9,7 milyon manata çatıb.
Ötən ilin uyğun dövrü ilə müqayisədə, Bankın depozit və kredit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, bankın depozit portfeli 26,3% artıb ki, bu da çoxsaylı müştərilərin "Bank Respublika"ya olan inamını bir daha təsdiqləyir. Bankın kredit portfeli isə, 29,6% artmışdır və verilən kreditlərin əsas hissəsi həm Bank həm də Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilmişdir.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları – DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə – "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody"s) malikdir.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Yatırım olmadan necə biznes qurmaq olar?
Start-up nədir?
SMM nədir?
ZARA-nın uğur hekayəsi
5 liderlik göstəricisi