Bank Respublika və "Bank of China" arasında əməkdaşlıq sazişi imzalandı

Bank Respublika və ®Çin daha yaxın oldu: Bank Respublika müştəriləri Çin ilə rahat bank əməliyyatları apara biləcək
 Bank Respublika beynəlxalq əməkdaşlığın genişləndirilməsi strategiyası çərçivəsində dünyanın aparıcı maliyyə institutları ilə əlaqələrini möhkəmləndirməyə davam edir. Bu istiqamətdə atılan növbəti mühüm addım təkcə Çinin deyil, həm də dünyanın ən iri banklarından biri olan "Bank of China"da müxbir hesabın açılması oldu.
Bu əməkdaşlıq Bank Respublika-nın beynəlxalq müxbir bank şəbəkəsinin inkişafında vacib mərhələ olmaqla yanaşı, Bankın beynəlxalq maliyyə bazarlarında mövqelərinin daha da möhkəmlənməsinə, qlobal bank sisteminə daha dərin inteqrasiyasına, eləcə də aparıcı dünya maliyyə institutları üçün etibarlı tərəfdaş kimi işgüzar reputasiyasının güclənməsinə töhfə verir.
"Bank of China"da müxbir hesabın açılması Bank Respublika müştərilərinə xarici iqtisadi əməliyyatların həyata keçirilməsi zamanı yeni imkanlar yaradacaq. Belə ki, müştərilər, xüsusilə Çin istiqaməti üzrə valyuta əməliyyatlarını daha operativ, etibarlı və səmərəli şəkildə həyata keçirə biləcəklər.
1912-ci ildə təsis edilmiş "Bank of China" Çinin ən qədim və ən iri dövlət banklarından biridir. Bank geniş beynəlxalq şəbəkəyə malikdir, dünyanın 60-dan çox ölkəsində təmsil olunur, aktivləri 3 trilyon ABŞ dollarını ötür və korporativ və pərakəndə bankçılıq, ticarət maliyyələşdirilməsi, maliyyə institutlarına xidmətlər və qlobal bazarlarda əməliyyatlar sahəsində geniş spektrli maliyyə xidmətləri təqdim edir.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr:   Facebook |  Instagram |  LinkedIn      |  Telegram
Çağrı Mərkəzi: 144 / banker.az

Banklar     Tarix: 21 yanvar 2026

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy


iqtisadi xeberler valyuta xeberleri bitcoin qiymeti investisiya bitkoin almaq