Bank Respublika Yeni il öncəsi Naxçıvanda aztəminatlı ailələrin arzusunu reallaşdırdı
®Ölkəmizdə davamlı olaraq sosial layihələr həyata keçirən Bank Respublika, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində sahibkarlıq fəaliyyətinə başlamaq istəyən həssas əhali qruplarına dəstək olmağa davam edir.
Bank bu dəfə, Yeni il öncəsi Naxçıvanın Şərur və Ordubad rayonlarında yaşayan aztəminatlı ailələrin arzusunu reallaşdırıb. Belə ki, Bank sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslərin istəklərini həyata keçirərək onları əvəzsiz olaraq broyler inkubatoru, avtoçilingər avadanlıqları, eləcə də maldarlıq təsərrüfatının qurulması üçün mal-qara və yem ilə təmin edərək sahibkarlığa başlamalarına təkan vermişdir.
Qeyd edək ki, Özünüməşğulluq layihə çərçivəsində Bank Respublika indiyədək paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında 100-dən çox işsiz, əlil, şəhid ailəsi, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə əvəzsiz olaraq aktivlər təqdim edib.
Bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

/ banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
McDonalds haqqında maraqlı faktlar
Necə Bitcoin almaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İban nədir?
Biznes nədir?