Bank sekorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI

Bank sekorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDIAzərbaycan Mərkəzi Bankı Statistik bülleteninin Oktyabr sayını dərc edib.
Marja.az bülletenə istinadən xəbər verir ki, 31 Oktyabr 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 500, şöbələrinin sayı 87, ATM-lərin sayı 3 min 430 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.2% və ya 49 nəfər artaraq 26 min 921 nəfər təşkil etmişdir
Fəaliyyətdə olan bankların cəmi aktivləri 56 milyard 341.9 milyon manat, cəmi öhdəlikləri 49 milyard 182 milyon manat, balans kapitalı 7 milyard 159.9 milyon manat olmuşdur.
Hesabat ayında bankların kredit portfeli 0.4% və ya 127.6 milyon manat artaraq 29 milyard 403.9 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.1% (15 milyard 623.4 milyon manat);
ıı) istehlak kreditləri – 31.4% (9 milyard 232.4 milyon manat) 
ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 548.1 milyon manat). 
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 73.3%-i və ya 36 milyard 62.9 milyon manat. Depozit portfelinin 57%-i (20 milyard 513.9 milyon manat) hüquqi şəxslərin, 43%-i (15 milyard 549 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 
Fiziki şəxslərin əmanətlərinin 68.2%-i (10 milyard 610.2 milyon manat) milli valyutada, 31.8%-i (4 milyard 938.8 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.6%-i (9 milyard 883.6 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri oktyabr ayında 1.7% və ya 163.4 milyon manat, tələbli əmanətləri isə 0.2% və ya 8.6 milyon manat artmışdır. 
2025-ci ilin oktyabr ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.7% (4 min 812 əmanətçi), ilin əvvəlindən isə 23.6% (35 min 450 əmanətçi) artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 236.8 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.3%-ni təşkil etmişdir. 
2025-ci ilin yanvar - oktyabr aylarında banklar 986.8 milyon anat xalis mənfəət, 1 milyard 529.7 milyonmanat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 10 ayında banklar tərəfindən ümumilikdə 241.6 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin oktyabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 1% artaraq 37 milyard 27.4 milyon manat təşkil etmişdir. 
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 374.2 milyon manat artaraq 2 milyard 959.6 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.
Ödənişlər sektoru 
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 334 min ədəd artaraq 21 milyon 701 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13.3% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 16% artmış, kredit kartlarının sayı isə 5.2% azalmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, oktyabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 17.6% artmışdır. 2025-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 825 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7milyard 776 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 45 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.5%-ni təşkil etmişdir. 
Banklar və "Azərpoçt" MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8.1%, POS-terminalların sayı 60.4% artmışdır. 

Banklar     Tarix: 28 noyabr 2025

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri


iqtisadi xeberler biznes qurmaq kicik biznes investisiya 1000 manatla biznes