"Bank VTB (Azərbaycan)" 2024-cü ilin ilk yarısında 5 mln. manata yaxın xalis mənfəət əldə edib
"Bank VTB (Azərbaycan)" ASC 2024-cü ilin ilk yarısında 4.72 milyon manatlıq xalis mənfəət əldə etdiyini bəyan edib.
Banker.az Bankın yarımilik maliyyə hesabatına istinadən xəbər verir ki, bu keçən ildə qeydə alınmış nəticədən 1.03 mln. manat və ya 18 faiz azdır. 2022-ci ili bank 5.75 mln. manat xalis mənfəət əldə etmişdi.
Bank hesabat müddətində faizlərdən 15.09 mln. manat gəlir əldə edərək, keçən ilin analoji dövründən daha 12 faiz güclü göstəriciyə malik olub.
"Bank VTB (Azərbaycan)"ın faiz xərcləri 3.94 mln. manat, qeyri-faiz gəlirləri 6.06 mln. manat və qeyri-faiz xərci isə 14.08 mln. manat təşkil edib.
Beləliklə, əməliyyat mənfəəti 2.23 mln. manata olub. Bank problemli kreditlərin geridönüşündəns sonra 4.72 mln. manatlıq mənfəət əldə edib.
Bankın balansındakı illərin yığılmış zərəri bir qədər də azlaraq 221.5 mln. manata düşüb.
Bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 6 ayın sonuna 22 faiz artaraq 193.43 mln. manata qalxıb. Bankın cəmi öhdəlikləri 5% artaraq 96.07 mln. manata, xalis akitvləri isə 16% artaraq 289.5 mln. manata yüksəlib.
Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i "Bank VTB Rusiya" ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq" MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
Necə Bitcoin almaq olar?
Evdə biznes qurmağın yolları
Dünyanın ən varlı 10 müğənnisi
İKEA şirkətinin tarixi