"Bank VTB (Azərbaycan)" böyüyüb, gəlirləri artıb - MALİYYƏ VƏZİYYƏTİ

Rusiya kapitallı "Bank VTB (Azərbaycan)" ASC 2024-cü ilin birinci yarısını (yanvar-iyun) 4 milyon 720 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü 5 milyon 747 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəəti azalması mümün zərərlər üçün yaradılan ehtiyatdan qayıdan vəsaitin bu il daha az olması ilə əlaqədardır. Cari hesabat dövründə "Bank VTB Azərbaycan" böyüyüb, gəlirləri artıb. 
Marja.az xəbər verir ki, "Bank VTB (Azərbaycan)"ın faiz gəlirləri 2023-cü ilin ilk 6 ayında 13 milyon 462 min manat ikən, 2024-cü ilin ilk 6 ayında 15 milyon 95 min manata yüksəlib (1 milyon 633 min manat və ya 12,1% artıb).
"Bank VTB (Azərbaycan)" qeyri-faiz gəlirləri isə 1,9 dəfə və ya 2 milyon 900 min manat artaraq 6 milyon 62 min manat təşkil edib. Bank ötən ilin ilk yarısında 3 milyon 162 min manat qeyri-faiz gəlirləri əldə etmişdi. 
2024-cü ilin ilk 6 ayında "Bank VTB (Azərbaycan)"ın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlət) 26 milyon 493 min manat və ya 14,2% artaraq 213 milyon 613 min manata çatıb. Bank ötən ilin sonunda 187 milyon 120 min manat kredit portfelinə malik idi.
İlk 6 ayda "Bank VTB (Azərbaycan)"da depozitlər 21 milyon 33 min manat və ya 23,5% artaraq artaraq 110 milyon 384 min manata yüksəlib. 
İlk yarımildə "Bank VTB (Azərbaycan)"ın cəmi aktivləri 39 milyon 598 min manat və ya 15,8% artaraq 30 iyun 2024-cü il tarixində 289 milyon 498 min manat təşkil edib. 31 dekabr 2023-cü il tarixində Bankın cəmi aktivləri 249 milyon 900 min manata çatmışdı.
Qeyd edək ki, "Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarları "Bank VTB" İSC (Rusiya Federasiyası) 99.99% və Adıgözәl Ağayevdir 0.01%-dir. 

Banklar     Tarix: 12 iyul 2024

Oxşar xəbərlər

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler depozit faizleri dollarin kursu bu gun dollar manat kursu bitkoin qiymeti