Bank xalis mənfəətinin 14 dəfə artdığını açıqladı

Bank xalis mənfəətinin 14 dəfə artdığını açıqladı"Bank Avrasiya" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 2 milyon 273 manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 165 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə "Bank Avrasiya"nı xalis mənfəəti 2 milyon 108 min manat və ya 14 dəfəyə yaxın artıb. Artım faiz gəlirlərinin artmasından və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara daha az vəsait ayrılmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, "Bank Avrasiyanın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 2 milyon 57 min manat və ya 34,5% artaraq 8 milyon 13 min manat, qeyri-faiz gəlirləri isə 239 min manat azalaraq 1 milyon 135 min manat təşkil edib.
2023-cü ilin birinci yarısında "Bank Avrasiya"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 9 milyon 148 min manat, cəmi əməliyyat xərcəri (faiz və qeyri-faiz xərcləri) 5 milyon 371min manat, əməliyyat mənfəəti 3 milyon 778 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 1 milyon 505 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. 
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında "Bank Avrasiya"nın əməliyyat mənfəəti 2 milyon 433 min manat təşkil etmişdi və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 2 milyon 267 min manat ayırmışdı.
"Bank Avrasiya"nın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 8% azalaraq 30 iyun 2023-cü il tarixində 206 milyon 272 manat təşkil edib. Azlama "Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait" bəndi üzrədir.
"Bank Avrasiya"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonu ilə müqayisədə 11 milyon 255 min manat və ya 9% artaraq 30 iyun 2023-cü il tarixində 136 milyon 607 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 4 milyon 601 min manat artaraq 13 milyon 477 min manata, biznes kreditləri portfeli 1 milyon 27 min manat artaraq 67 milyon 927 min manata, ipoteka kreditləri portfeli isə 5 milyon 628 min manat artaraq 55 milyon 202 min manata yüksəlib. 
"Bank Avrasiya"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 5 milyon 695 min manat və ya  7,1% azalaraq 74 milyon 4 min manata düşüb.Bankda fiziki şəxslərin depozitləri artıb, hüquqi şəxslərin depozitləri isə azalıb. 
30 İyun 2023-cü il tarixində "Bank Avrasiya" 74 milyon 519 min manat məcmu kapitala malik olub.
Bank xalis mənfəətinin 14 dəfə artdığını açıqladıBank xalis mənfəətinin 14 dəfə artdığını açıqladıBank xalis mənfəətinin 14 dəfə artdığını açıqladıBank xalis mənfəətinin 14 dəfə artdığını açıqladıBank xalis mənfəətinin 14 dəfə artdığını açıqladı

Banklar     Tarix: 25 iyul 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler birbank bitcoin bitcoin qiymeti dollar mezenne