Bank xalis mənfəətinin 2,5 dəfə artdığını açıqladı - AKTİVLƏRİ 700 MİLYON MANATI AŞIB

Bank xalis mənfəətinin 2,5 dəfə artdığını açıqladı - AKTİVLƏRİ 700 MİLYON MANATI AŞIB"Premium Bank" ASC 2023-cü ilin 1-ci rübünü (yanvar-mart) 3 milyon 506 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 1 milyon 393 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Premium Bank"ın xalis mənfəəti 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə 2,5 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından və ehtiyatlardakı vəsaitdən mənfəətə əlavə edilməsindən qaynaqlanır. 
Marja xəbər verir ki, "Premium Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) ötən ilin ilk rübündə 11 milyon 227 min manat ikən, 2023-cü ilin ilk rübündə 12 milyon 402 min manata yüksəlib. 
2023-cü ilin 1-ci rübündə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 736 min manat da "Premium Bank"ın 2 milyon 770  min manat əməliyyat mənfəətinə əlavə edilib. 2022-ci ilin 1-ci rübündə Bank 2 milyon 149 min manat əməliyyat mənfəətindən 757 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.
BANKIN AKTİVLƏRİ 700 MİLYON MANATI AŞIB
2022-ci ilin sonu ilə müqayisədə ilk rübdə "Premium Bank"ın cəmi aktivləri 8 milyon 725 min manat artaraq 700 milyon 927 min manata, o cümldən kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 31 milyon 784 min manat artaraq 468 milyon 752 min manata çatıb.
31 Mart 2023-cü il tarixində "Premium Bank" ASC 170 milyon 785 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 175 milyon 718  min manat məcmu kapitala malik idi.
Bank xalis mənfəətinin 2,5 dəfə artdığını açıqladı - AKTİVLƏRİ 700 MİLYON MANATI AŞIBBank xalis mənfəətinin 2,5 dəfə artdığını açıqladı - AKTİVLƏRİ 700 MİLYON MANATI AŞIBBank xalis mənfəətinin 2,5 dəfə artdığını açıqladı - AKTİVLƏRİ 700 MİLYON MANATI AŞIB/ marja.az

Banklar     Tarix: 26 aprel 2023

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler biznes xeberleri biznes qurmaq pul qazanmaq dollar mezenne