Banklar ilk 9 aya ₼5 mlrd. üzərində rekord gəlir, ₼911 mln. xalis mənfəət əldə ediblər
2025-ci ilin ilk üç rübündə Azərbaycan banklarının ümumi xalis mənfəəti təxminən 910.7 milyon manat olub.
Banker.az bankların təqdim etdiyi mənfəət və zərər hesabatlarına istinadən bildirir ki, bu da keçən ilin eyni dövründəki 829.6 milyon manatı 10% üstələmiş olur.
Kommersiya bankları ümumilikdə ilk üç rübdə 5 milyard 41.1 milyon manat cəmi gəlir, o cümlədən bunun 3 milyard 662.1 milyon manatı faiz gəliri, 1 milyard 379 milyon manatı qeyri- faiz gəliri təşkil edib. Bununla belə onlar, 1 milyon 341.1 milyon manat faiz xərci və 2 milyard 285.4 milyon manat qeyri-faiz xərci çəkiblər.
Nəticədə, 1 milyard 414.56 milyon manat əməliyyat mənfəəti və vergidən öncəki 1 milyard 125.19 milyon manat mənfəət əldə ediblər.
Ən çox xalis mənfəət əldə edən ilk beş bank aşağıdakılardır:
ABB – ₼261,3 mln.
Kapital Bank – ₼229,1 mln.
PAŞA Bank – ₼132,8 mln.
Xalq Bank – ₼51,5 mln.
Bank Respublika – ₼43,2 mln.
Beləliklə, bu beş bank ümumi mənfəətin təxminən 79%-ni və ya 718 milyon manatını formalaşdırıb.

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Shopify-da necə satışa başlamaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyada ən çox oxunan 5 kitab
Milyonlar qazandıran qəribə biznes ideyaları
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?