Banklar real sektora əlavə 5 mlrd. manat yönəldə bilərlər
"Azərbaycanda banklara qoyulan müddətli əmanətlərin 80 %-i bir il və yaxud daha az müddətə yatırılıb".
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.
F.İsayevin sözlərinə görə, müddətli əmanətlərin 60 %-dən çoxu fiziki şəxslərin payına düşür:
"Müddətli əmanətıərin həcmi 9 milyard manat təşkil edır ki, onun da 6.4 milyard manatı fiziki şəxslərin payıa düşür".
AMB rəsmisi əlavə edib ki, hazırda banklarda likvidlik əmsalı minimum tələb olan 30 %-dən iki dəfə çox yəni 60 % təşkil edir: "Əgər biz ani likvidlik üzrə əmsalı 30 % olduğunu nəzərə alsaq və burada 10 %-i də əlavə bufer kimi tətbiq etsək, o zaman bankların əlavə 5 milyard manat resursları var ki, onlar onu real sektora yönəldə bilərlər". / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Onlayn biznes ideyaları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Startup nədir və necə olur?