"Banklararası 2%-lik komissiya ləğv olunsun" – Rüfət Quliyev
"Azərbaycanda hazırda 26 bank var".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev bildirib.
O, regionlarda bankların bankomatlarının sayının az olmasından şikayətlənib: "Rayonlarda, kəndlərdə insanlar öz pensiyalarını, təqaüdlərini almaq üçün bir kənddən başqa bir kəndə gedirlər. Banklar arasında olan 2%-lik komissiya ləğv olunsun. Bunlar hamısı Azərbaycan banklarıdır. Olmazmı ki, birmənalı olaraq nağdlaşdırmanı bütün banklar üçün 05% edək? İnsanlarımız da əziyyət çəkməsin".
Deputat eyni zamanda banklar tərəfindən sahibkarlara 50 min manata qədər kreditlərin verilməsi şərtlərinin sadələşdirilməsini istəyib: "Kredit çox gec vaxta bilinir. Kreditin verilişi bəzən aylarla vaxt aparır. Təklif edirəm ki, insanlara bir-iki həftə ərzində bu növ kreditlər verilsin. Onlar da öz işlərini görsünlər". / banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İnstaqramda biznes qurmağın yolları
Ən bahalı otellər hansılardır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Biznes qurmaq üçün nə lazımdır?