Banklarda baş risk inzibatçılarının səlahiyyətləri gücləndirilir – Nə olar, nə olmaz?

Banklarda baş risk inzibatçılarının səlahiyyətləri gücləndirilir – Nə olar, nə olmaz?Azərbaycan banklarında çalışan İdarə Heyətinin sədri işdə olmaqdıqda (ezamiyyət, məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, işdən azad olunması və s. ilə əlaqədar) baş risk inzibatçısı (BRİ və ya ing.: CRO – Chief risk officers) onu əvəz edə biləcək. Bununla belə eyni anda ona həm sədr, həm də BRİ olmaqla bağlı məhdudiyyət tətbiq ediləcək.
Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri 12 sentyabr 2024-cü il tarixində "Banklarda korporativ idarəetmə Standartlarının qaydası"nın dəyişdirilməsi ilə bağlı qərar imzalayıb.
Keçən il imzalanan bu qaydaya əsasən, BRİ-lər bankların korporativ idarəetməsində mühüm səlahiyyətlər əldə ediblər.
Risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə təklifləri Müşahidə Şurasına və Riskləri İdarəetmə Komitəsinə təqdim edir. Müşahidə Şurası və Riskləri İdarəetmə Komitəsi zəruri hesab etdiyi halda təkliflərə İdarə Heyəti tərəfindən rəy bildirilməsini tələb edə bilərlər.
Risk iştahası bəyannaməsinə baxılmasında, habelə risklərin idarə edilməsi ilə əlaqədar məsələlərin müzakirə olunmasında Müşahidə Şurasının iclaslarında iştirak edir.
Baş risk inzibatçısı İdarə Heyətinin iştirakı olmadan, Müşahidə Şurası, Risklərin İdarəetmə Komitəsi və ya Müşahidə Şurasının müstəqil üzvü ilə görüş keçirə bilir.
Baş risk inzibatçısı vəzifəsindən azad edildiyi halda, bank bu qərarı barədə məlumatı (işdən azad edilmənin səbəbləri və bu vəzifənin yeni icraçısı barədə məlumatlarla birlikdə) qərarın qəbul edildiyi gündən sonra 5 iş günü ərzində Mərkəzi Banka təqdim etməlidir.
Baş risk inzibatçısı kreditlərin verilməsi, investisiyalar və yeni məhsullara dair qərarlara veto qoya bilər. Bu halda İdarə Heyəti məsələni baş risk inzibatçısının yazılı əsaslandırması ilə birlikdə 7 iş günü ərzində Riskləri İdarəetmə Komitəsinin və daha sonra Müşahidə Şurasının, yaxud birbaşa Müşahidə Şurasının müzakirəsinə çıxara bilər. Müşahidə Şurası məsələ ilə bağlı növbəti 15 iş günü müddətində qərar qəbul edir və bu müddətdə İdarə Heyəti və bankdaxili komitələrin baş risk inzibatçısı tərəfindən veto qoyulmuş məsələlər üzrə qərarlarının icrası dayandırılır.
Bununla belə, həmin Standartların 15.5-1-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla baş risk inzibatçısı eyni vaxtda İdarə Heyətinin sədri, baş maliyyə inzibatçısı, daxili audit bölməsinin rəhbəri və ya bankda digər vəzifə tuta bilməzlər.
15.5-1. bəndində bildirilir ki, İdarə Heyətinin sədri işdə olmadıqda (ezamiyyət, məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, işdən azad olunması və s. ilə əlaqədar) baş risk inzibatçısı fəaliyyətində baş risk inzibatçısının əsas vəzifələrini üstün tutmaqla İdarə Heyətinin sədri vəzifəsini 3 ayadək icra edə bilər. Belə hal bir aydan artıq davam edərsə, bank təxirəsalınmadan bu barədə Azərbaycan Mərkəzi Bankına məlumat verməlidir.

Banklar     Tarix: 26 sentyabr 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler depozit faizleri internetden pul qazanmaq en son xeberler bitcoin