Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
"2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"ndan irəli gələrək bank sektorunda maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 23 dekabr 2025-ci il tarixli qərarı ilə "Banklarda bazar risklərinin idarə edilməsi Qaydası" (Qayda) təsdiq edilib.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bazel III standartlarına uyğunlaşma ilə yanaşı, yeni tənzimləmə çərçivəsi banklarda bazar risklərinin müəyyənləşdirilməsi, ölçülməsi, monitorinqi və idarə edilməsinə dair vahid və mütərəqqi tələbləri müəyyən edir.
Qaydada banklarda bazar risklərinin idarə edilməsi sistemi, siyasəti və qaydaları üzrə tələblər, bazar riskinin ayrı-ayrı növləri (faiz dərəcəsi, valyuta, kapital və əmtəə riski) üzrə risklərin ölçülməsi metodları, monitorinq və hesabatlıq nəzərdə tutulur. Qayda həmçinin faiz dərəcəsi, valyuta, kapital və əmtəə risklərinin daha dəqiq müəyyən edilməsinə və ölçülməsinə imkan yaradacaq. Bununla yanaşı, xüsusilə bank kitabından yaranan faiz dərəcəsi riskinin (IRRBB) qabaqcıl yanaşmalar əsasında idarə olunması təmin ediləcək. Bu isə bazar dəyişikliklərindən irəli gələn mümkün itkilərə qarşı bank sektorunun dayanıqlılığını gücləndirəcək.
Qaydanın tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 adamı
SMM nə deməkdir?
Elon Musk kimdir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-5 bahalı geyim şirkətləri