"Banklarda ekoloji risklərin idarə edilməsi üzrə təlimat" təsdiqlənib
Mərkəzi Bank tərəfindən maliyyə sektorunun dayanıqlı maliyyəyə transformasiyasına yönəlmiş Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin (2023-2026) icrası tədbirləri davam etdirilir.Bu istiqamətdə həyata keçirilən növbəti təşəbbüslərdən biri iqlim və digər ekoloji risklərin bankların risk idarəetməsi sistemlərinə inteqrasiyası ilə bağlıdır.
Banker.az xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 11 iyul 2024-cü il tarixli qərarı ilə "Banklarda ekoloji risklərin idarə edilməsi üzrə təlimat" sənədi təsdiq edilib.
Təlimat beynəlxalq standartlara, qabaqcıl beynəlxalq təcrübəyə və yerli bank sektorunun xüsusiyyətlərinə əsaslanaraq hazırlanıb. Təlimatın əsas məqsədi iqlim və digər ekoloji risklərin banklarda risklərin idarə edilməsi sisteminə inteqrasiyasını və həmin risklərə qarşı dayanıqlılığının artırılmasını təmin etməkdir.
Təlimat tövsiyə xarakterli olmaqla Mərkəzi Bankın dayanıqlı maliyyəyə keçid üzrə siyasətinin reallaşdırılmasına xidmət edəcək.
Banklarda ekoloji risklərin idarə edilməsi üzrə təlimat

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Biznes təlimlər və tədris üsulları
Digital Card nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?