"Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr" təsdiqlənib
Mərkəzi Bankın İdarə Heyətinin 12 sentyabr 2024-cü il tarixli qərarı ilə "Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr" təsdiqlənib.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu sənəd banklarda korporativ idarəetmə sahəsinin tənzimlənməsi üzrə Mərkəzi Bankın gələcək strateji baxışını əks etdirir. Beynəlxalq korporativ idarəetmə təcrübələri nəzərə alınmaqla hazırlanmış sənədə əsasən Müşahidə Şurasının müstəqil üzvlərinin funksionallığının artırılması, eləcə də onun tərkibində gender müxtəlifliyinin təmin edilməsi tövsiyə olunur.
Həmçinin Müşahidə Şurasının və komitələrinin tərkibinin və fəaliyyətinin qiymətləndirilməsi, bankın Audit və Komplayens funksiyalarının təkmilləşdirilməsi, risk menecmenti çərçivəsində müdafiə xətləri üzrə səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi və şəffaflığın təmin edilməsi üzrə tövsiyələr də qeyd olunub.
Qeyd edək ki, tövsiyələrin əsas məqsədi bank sektorunun səmərəli fəaliyyətini və sabitliyini dəstəkləmək üçün banklarda korporativ idarəetmənin gücləndirilməsi və bankların korporativ idarəetmə çərçivəsinin beynəlxalq standartlara daha da uyğunlaşdırılmasıdır.
"Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr"i aşağıdakı link üzərindən nəzərdən keçirmək mümkündür:
"Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr" / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Dünyada ən çox oxunan 5 kitab
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Cash Back nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?