"Banklarda korporativ idarəetmə Standartları"nda dəyişikliklərin qüvvəyə minməsinə dair açıqlama
"Banklarda korporativ idarəetmə Standartları"nda dəyişikliklərin qüvvəyə minməsinə dair açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı "2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası"nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində bank nəzarəti və tənzimləməsinin ən qabaqcıl standartlara uyğunlaşdırılması, o cümlədən banklarda korporativ idarəetmə sahəsində normativ hüquqi bazanın modernizasiyası üzrə təşəbbüsləri davam etdirir.
Daha əvvəl də məlumat verildiyi kimi, () bu təşəbbüslər çərçivəsində Mərkəzi Bankın "Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr" adlı sənədi qəbul edilib. Sözügedən sənəd, bu sahənin tənzimlənməsi üzrə Mərkəzi Bankın gələcək strateji baxışını əks etdirir və nəzarət orqanının müvafiq sahədə planlaşdırılan tələblərinə bankların hazırlıqlı olmalarının təmin edilməsi məqsədini daşıyır.
Bildirik ki, qeyd olunan təşəbbüslərin davamı olaraq, 25 sentyabr 2024-cü il tarixində "Banklarda korporativ idarəetmə Standartları"na əlavə və dəyişikliklər qüvvəyə minib. Yuxarıda qeyd olunan sənəddən fərqli olaraq, Standartlar tövsiyə xarakteri daşımır və hal-hazırda Mərkəzi Bankın korporativ idarəetmə sahəsi üzrə banklara qarşı mövcud olan tələblərini ehtiva edir.
Standartlara edilmiş son dəyişikliklərə əsasən, bankların Müşahidə Şuralarının tərkibinə müstəqil üzvlərin daxil edilməsinə dair tələb 08 sentyabr 2025-ci il tarixindən etibarən nəzarət zərfi dövlətə məxsus olan banklara da şamil ediləcəkdir. Ölkəmizdə korporativ idarəetmə sahəsi üzrə ilk dəfə tətbiq edilən bu yenilik səhmdar strukturundan asılı olmayaraq bütün banklara vahid yanaşmanın tətbiq olunmasına və bununla da banklarda idarə etmə mexanizmlərinin təkmilləşməsinə xidmət edir.
Digər dəyişikliklərlə, Müşahidə Şurasının müstəqil üzvü vəzifəsinə namizəd şəxsin son üç ildə banka aidiyyəti olan şəxsin əməkdaşı olmaması tələbi əlavə olunmuş, müstəqil üzvün müstəqillik statusunun qüvvədə olduğu müddət limiti altı il olaraq müəyyən edilib.
Bununla yanaşı, müstəqillik meyarlarında bankın əməkdaşları üzrə xüsusi tələblər müəyyən edilib. Yeni tələblərə əsasən, Müşahidə Şurasının müstəqil üzvü vəzifəsinə namizəd şəxs bankın işçisi olmamalıdır. Əvvəllər bankda işləmiş şəxsə isə bankda işlədiyi müddətin ən azı üçdə ikisi (minimum 3 il olmaqla) müddətində fasilə tətbiq edildikdən sonra onun müstəqil üzv təyin oluna bilməsi imkanı nəzərdə tutulub.
Standartlara edilmiş düzəlişlərlə Komplayens Komitəsinin tərkibinə dair tələblər aydınlaşdırılıb, eləcə də İdarə Heyətinin sədri, Baş risk inzibatçısı və Baş komplayens inzibatçısı ilə bağlı əvəzetməyə dair tələblər dəqiqləşdirilib.
Bu düzəlişlərin edilməsində əsas məqsəd banklarda korporativ idarəetmə funksiyasının davamlı olaraq gücləndirilməsi və banklarda idarəetmənin şəffaflığının artırılmasından ibarətdir.
"Banklarda korporativ idarəetmə Standartları" ilə aşağıdakı keçid vasitəsi ilə tanış olmaq mümkündür: / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Dünyada ən çox oxunan 5 kitab
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Cash Back nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?